Gündəm

Aparıcı əlini maşından çəkdi - Fotofakt

4 İyun 2018 08:36

Daha bir iştirakçı "Maşın" şouda əlini maşından çəkib. Aparıcı Fira Cəlilova hər iki əlini avtomobildən götürüb. Sözügedən görüntülər sosial şəbəkədə yayılıb. Aparıcı əlini qəfil çəkib, daha sonra çevrilərək əlini maşının üzərinə qoyub.

Qaçdığı xəbəri yayılan sabiq icra başçısı danışdı: ATA YURDUMDAYAM

4 İyun 2018 08:35

“Mən Azərbaycandan niyə qaçmalıyam? Jurnalistlərdir də ağillarına nə gəldi yazırlar.Amma bilsinlər ki, mən heç bir yerə qaçmamışam. Hazırda Goranboyda ata yurdumdayam. Kəndimizdə dincəlirəm”.

Keçmiş ağac emalı zavodundakı yanğınla bağlı araşdırma 

4 İyun 2018 08:34

Binəqədi rayonu, 7-ci mikrarayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində  havaya qatı tüstü yayılıb.

SON DƏQİQƏ! Aziz Yıldırım stadionu tərk etdi

3 İyun 2018 20:22

"Fenerbahçe" klubunun prezidenti olmaq uğrunda Aziz Yıldırım və Ali Koçun girdiyi yarış idman həvəskarlarını həyəcanlandırmağa davam edir.

Bu gecə ilk Qədr gecəsidir

3 İyun 2018 19:34

Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni iyunun 3-dən 4-nə keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi iyunun 5-dən 6-na, üçüncüsü 7-dən 8-nə keçən gecən qeyd olunacaq. Ramazan ayının sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 11-dən 12-nə keçən gecəyə təsadüf edəcək.

Nəcməddin Ərbakanın oğlu yeni partiya qurur

3 İyun 2018 19:28

Türkiyənin keçmiş baş naziri, Rifah Partiyasının qurucusu Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan siyasətə qayıtdığını elan edib. Fatih Ərbakan iyul ayında yeni partiya quruculuğuna başlayacağını, sentyabrda qurultay keçiriləcəyini, 2019-cu ilin martında isə bələdiyyə seçkilərində iştirak edəcəklərini bildirib.

Bakıda zavodda güclü yanğın - FOTO - VİDEO

3 İyun 2018 19:26

Bakıda zavodda güclü yanğın baş verib. Binəqədi rayonunda zavod ərazisində təkər tullantıları yanır.

“Apple”, “Google”, “Microsoft” kimi nəhəng şirkətlərin iş görüşməsində verdiyi suallar

3 İyun 2018 19:23

Son illərdə dünyanın ən prestijli şirkətləri halına gələn texnologiya şirkətlərində işləmək yeni nəslin gerçəkləşməsini ən çox istədiyi xəyalıdır. Bu şirkətlərdə işə qəbul şərtləri və müsahibədə verilən suallar asan olmaqla yanaşı, həm də qəribə və çaşdırıcıdır.

Hərbi hissədə kütləvi zəhərlənmə - 52 əsgər xəstəxanalıq oldu

3 İyun 2018 19:21

Türkiyədə hərbi hissədə kütləvi zəhərlənmə baş verib. Zəhərlənmə halı Dənizli Briqada Komandanlığında qeydə alınıb.

Türkiyədə kater batıb, ölənlər var

3 İyun 2018 12:53

Türkiyədə kater qəzaya uğrayıb.

1963-cü ilin “Ferrari”si 70 milyon dollara satılıb

3 İyun 2018 11:34

1963-cü il istehsalı olan “Ferrari” markalı yarış avtomobili rekord 70 milyon dollar qiymətinə satılıb ki, bu da bütün dövrlər ərzində satılan ən bahalı maşındır.

Baş katib: "NATO İsrailə dəstək olmayacaq"

3 İyun 2018 11:29

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, İsrail İranla münaqişəyə başlayarsa, alyans ona kömək etməyəcək.

Ronaldo “Real”dan on milyonlarla avro istədi

3 İyun 2018 11:27

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu İspaniyanın “Real” klubunda bir şərtlə, ilə 80 milyon avro qazanacağı təqdirdə qala bilər.

"S-400-ləri vuracağıq" - Kralın Parisə gizli məktubu

3 İyun 2018 11:18

Səudiyyə Ərəbistanı Qətər Rusiyadan S-400 raket sistemləri alarsa, ona qarşı güc tətbiq edəcəyini açıqlayıb.