Gündəm
Diyarbəkirdə izdiham: Ərdoğana kafedə...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayı münaisbətilə vətəndaşlara sürpriz etməyə davam edir. Prezident bu dəfə Diyarbəkir şəhərində keçirilən “Qənaət Liderləri İftar Proqramı”na qatılıb. İftardan sonra isə bir kafeyə daxil olaraq vətəndaşlarla görüşüb.
ABŞ-da marafon zamanı qadın atəş açdı
Daha bir türkiyəli məşhur həbs olunub?
Türkiyəli müğənni Haluk Heventin həbs olunması barədə xəbərlər yayılıb. Sənətçinin "rəsmi sənədlərdə saxtakarlığ"a yol verdiyi üçün polis tərəfindən saxlanıldığı iddia olunub. Otellərdən birində qeydiyyata düşmək istəyərkən illər əvvəl saxta sənəd üzündən axtarışa verildiyi məlum olan Levent ifadəsindən sonra sərbəst buraxılıb.
Bu da oldu - Öz avtomobilində dəfn edildi+Video
Çinin Şimalında yerləşən Hebei əyalətində maraqlı hadisə baş verib. Qi soyadlı bir kişi ölümündən öncə son vəsiyyətində öz sevimli avtomobilində torpağa tapşırılmasını vəsiyyət edib. Mərhumun son vəsiyyətini yerinə yetirmək qərarına gələn qohumları onu gümüşü rəngli "Hyundai Sonata" markalı avtomobili ilə dəfn ediblər.
Ermənilər təlaşda: Azərbaycan prezidenti ABŞ-a gedir
Azərbaycanın yerləşdiyi bölgə və onun ətrafında ziddiyyətli, eyni zamanda, milli maraqlarımıza təsirsiz ötüşməyəcək proseslər gedir. Cənub qonşumuz İran ətrafında yaşanan kritik olaylar, İsrail-Fələstin münaqişəsinin daha qəliz fazaya keçməsi ilə strateji tərəfdaşımız İsraillə münasibətlərə yeni təhdidlərin yaranması bu qəbildən sayıla bilər. Bu fonda işğalçı qonşumuz Ermənistan Nikol Paşinyanın baş nazir olmasından sonra Qərblə (ABŞ-la) Rusiya arasında hiyləgər oyuna başlayıb.
Tekne battı... Ünlü şarkıcı Onurcan Özcan kayboldu
Türkiyəyə acı xəbər: 3 şəhid
Türkiyənin Hakkari vilayətində PKK terror qruplaşması ilə qarşıdurmada üç türk hərbçisi şəhid olub. Bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb. Hadisə nəticəsində daha bir hərbçinin yaralandığı da bildirilir. Terrorçular hücum zamanı tank əleyhinə silahdan da istifadə ediblər.
Gürcüstanda azərbaycanlılar təhqir olundu - ŞOK FOTO
Gürcüstanda satılan fincanın üzərindəki xəritədə orada yaşayan həmyerlilərimiz təhqir olunub. Bu barədə tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev məlumat yayıb.
Yanğın söndürüldü
Salyan rayonu yaxınlığında yerləşən Bəndovan Dövlət Təbiət Yasaqlığının ərazisində yanğın hadisəsi qeydə alınıb. Olaylar.az bildirir ki, yanğının elektrik dirəyindəki naqildə qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur. Əsən isti külək səbəbindən alov geniş əraziyə yayılıb.
Mətanət və Roza arasında gərginlik: "Yuyulmamış çömçə, tərbiyəsiz..."+Video
Günü-gündən gərginliyin artdığı "Maşın" realiti-şouda daha bir qalmaqal aparıcı Mətanət Əliverdiyeva və müğənni Roza Zərgərli arasında baş verib. Mətanətin İlhaməyə "Həmkarımdır, ona səs istəyirəm" deməsi Rozanı əsəbiləşdirib. O, maşın ətrafında həmkar söhbəti aparmağın düzgün olmadığını deyib:
Suriyada əməliyyatların ikinci mərhələsi başladı
ABŞ-ın rəhbərlik etdiyi koalisiya, onların Suriyadakı müttəfiqləri olan “Suriya demokratik qüvvələri” qruplaşması və İraq hərbçiləri ilə birgə Suriya və İraq sərhədində İŞİD-ə qarşı “Sürək” adı altında hərbi əməliyyatların ikinci mərhələsinə başlayıb. Bu barədə bazar günü koalisiya məlumat yayıb.
Putinin qorunması üçün hava məkanı da bağlanacaq
Avstriya hökuməti Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə iyunun 5-nə planlaşdırılmış səfəri ilə əlaqədar Vyanada hava məkanını bağlayacaq. Bu barədə Avstriyanın Müdafiə Nazirliyinin rəsmisi Mixael Bauer “Twitter” hesabında bildirib.
Fələstindən Messiyə ÇAĞIRIŞ: İsraillə oynama, yoxsa...
Fələstin Futbol Federasiyasının (FFF) prezidenti Cibril Racub ərəb və müsəlmanları İsrail yığması ilə yoldaşlıq görüşündə iştirak edəcəyi təqdirdə Argentina millisi və "Barselona" klubunun hücumçusu Lionel Messinin foto və futbolkalarını yandırmağa çağırıb.
ABŞ Konqresində Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar bəyanat
ABŞ Konqresinin Nümayəndələr Palatasının nüfuzlu üzvlərindən olan Mark Midouz Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar bəyanatla çıxış etdib. Olaylar.az bildirirr ki, konqresmen bəyanatda ilk öncə, Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırır. Seçkilər vasitəsilə müəyyən edilən dünyəvi hökumətə sahiblənmiş ilk müsəlman çoxluğa malik dövlət olan Azərbaycanın tərəqqiyə, davamlı islahata və əhalisinin yaşayışını yaxşılaşdırmaq istiqamətində səy göstərən dövlətlər üçün daim nümunə olacaqı bəyanatda vurğulanır.
Ayova ştatında Azərbaycan Günü
ABŞ-ın Ayova ştatının qubernatoru Kim Reynolds Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalamışdır. Olaylar.az bildirir ki, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.














