Daha bir türkiyəli məşhur həbs olunub?
Türkiyəli müğənni Haluk Heventin həbs olunması barədə xəbərlər yayılıb. Sənətçinin "rəsmi sənədlərdə saxtakarlığ"a yol verdiyi üçün polis tərəfindən saxlanıldığı iddia olunub. Otellərdən birində qeydiyyata düşmək istəyərkən illər əvvəl saxta sənəd üzündən axtarışa verildiyi məlum olan Levent ifadəsindən sonra sərbəst buraxılıb.
4 İyun 2018 09:35 DünyaTürkiyəli müğənni Haluk Heventin həbs olunması barədə xəbərlər yayılıb.
Sənətçinin "rəsmi sənədlərdə saxtakarlığ"a yol verdiyi üçün polis tərəfindən saxlanıldığı iddia olunub.
Otellərdən birində qeydiyyata düşmək istəyərkən illər əvvəl saxta sənəd üzündən axtarışa verildiyi məlum olan Levent ifadəsindən sonra sərbəst buraxılıb.
Məsələ ilə bağlı sənətçi sosial media hesabında açıqlama verib. O, yayılan xəbərlərin yanlış olduğunu qeyd edib:
"Dostlar, daha keçmiş günlərdəki kimi deyil. Artıq sosial şəbəkələr var. 12 il əvvəl bir sənəddə mənim imzam var, ya yox, onu soruşdular. 12 il əvvəl. "Yoxdur" deyib çıxdım. Polislə işim cəmi 2,5 dəqiqə çəkdi. Heç bir problem yoxdur". Axşam.az