Alişan həyat yoldaşı ilə Bakıda - FOTO
3 İyun 2018 11:21 MədəniyyətTürkiyəli müğənni Alişan Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, yeni evlənən sənətçi həyat yoldaşı Buse Varolu da özü ilə gətirib.
Alişanın səfərinin məqsədi açılış mərasimlərindən birində iştirak etmək olub. İfaçı Bakıdan görüntülərini İnstaqram səhifəsində paylaşıb.
Buse isə paylaşımlarında Azərbaycanın eks-nazirləri- Ziya Məmmədovun gəlini və Heydər Əsədovun qızı Fəridə Məmmədovanın sahibi olduğu moda evinə getdiyini və oradan paltarlar seçdiyini bildirib. Buse xına mərasimində də sözügedən məkanın işi olan libas geyinmişdi.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31