Gündəm
ABŞ-ın keçmiş prezidenti kəskin süjetli roman buraxıb
ABŞ-ın keçmiş prezidenti Bill Klinton yazıçı Ceyms Patterson ilə birlikdə "İtkin düşən prezident" romanını buraxaraq bədii ədəbiyyatda debüt edib.
Zidan bu səbəbdən "Real Madrid"i tərk edib
Zinəddin Zidanın Kral klubundan ayrılmasının əsas səbəbi müəyyənləşib.
Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının artımını 2% proqnozlaşdırır
Dünya Bankı bu il Azərbaycanın iqtisadiyyatının artımını 2%, gələn il üçün artımını isə 3-4% arasında proqnozlaşdırır.
Xəzəryanı dövlət başçılarının sammiti Aktauda keçiriləcək
Xəzəryanı ölkələrin rəhbərlərinin və nümayəndə heyətlərinin iştirak edəcəyi Xəzəryanı dövlət başçılarının sammitinin Aktauda keçirilməsi planlaşdırılır.
İsrail tarixində ilk dəfə NATO təliminə dəvət edildi
NATO-nun “Qılınc zərbəsi-18” genişmiqyaslı hərbi təliminə İsrail də qatılıb. “Haaretz” İsrailin NATO təlimində ilk dəfədir iştirak etdiyini yazıb. Rəsmi Təl-Əviv artıq Şərqi Avropaya öz hərbçilərini göndərib.
Gülər Əhmədovaya deputat pensiyası təyin olundu
Milli Məclisin sabiq deputatı Gülər Əhmədovaya deputat kimi pensiya təyin olunub. AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə G.Əhmədovanın vəkili Adəm Məmmədov məlumat verib.
Mikayıl Cabbarov: "Qanunvericilikdə islahatlar bu problemlərin həllinə yönələcək"
"Hazırda Azərbaycanda hələ də tam və şəffaf hesabatlılıqla bağlı problemlər qalır". Bunu Bakıda keçirilən 4-cü Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı vergilər naziri Mikayıl Cabbarov deyib.
“Putin anladı ki…” - İsraillə sazişin PƏRDƏARXASI MƏQAMLARI
Yeni qurum yaradılır: Əcnəbilərə icazə verilməsi... - Vüsal Hüseynov
"Azərbaycanda fəaliyyət göstərən və xarici işçi qüvvəsi üçün daha çox müraciət edən şirkətlərin və təşkilatların nümayəndələrdən ibarət Məşvərət Şurası yaradılır".
Bu il məktəblərin buraxılış siniflərini 48 277 şagird bitirəcək
2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 125, XI siniflərini 19 192 nəfər bitirəcək.
Bolqarıstanın vitse-prezidenti ilə görüş keçirilib
Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinin Baş katibi Rövşən Muradov Bolqarıstanın vitse-prezidenti İliana Iotova, Baş nazirin müavini və xarici işlər naziri Ekaterina Zakharieva, Mərkəzin İdarə heyətinin üzvləri, Bolqarıstanın sabiq prezidentləri Petar Stoyanov və Rosen Plevneliev, sabiq baş nazir Filip Dimitrovla görüşüb.
Dövlət Miqrasiya Xidmətinə keçən ay 9322 zəng daxil olub
Dövlət Miqrasiya Xidmətinin Çağrı mərkəzinə (919) may ayı ərzində ümumilikdə 9322 zəng daxil olub.
Nazir müavini: "Kiçik və orta sahibkarlığın inkişafı istiqamətində islahatlar davam edəcək"
"Kiçik və orta sahibkarların ölkə iqtisadiyyatı üçün rolu önəmlidir. Bu sahədə islahatlar davam edəcək". Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov jurnalistlərə bildirib.














