Xəzəryanı dövlət başçılarının sammiti Aktauda keçiriləcək
Xəzəryanı ölkələrin rəhbərlərinin və nümayəndə heyətlərinin iştirak edəcəyi Xəzəryanı dövlət başçılarının sammitinin Aktauda keçirilməsi planlaşdırılır.
5 İyun 2018 13:10 SiyasətXəzəryanı ölkələrin rəhbərlərinin və nümayəndə heyətlərinin iştirak edəcəyi Xəzəryanı dövlət başçılarının sammitinin Aktauda keçirilməsi planlaşdırılır.
Bu barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Mangistau vilayətinin başçısı Yeralı Tuqjanov ilə görüşündə bildirib.
"Qarşıdakı görüşün bütün təşkilati məsələlərini işləyib hazırlamaq lazımdır", - N.Nazarbayev deyib.
Xatırladaq ki, Xəzəryanı dövlət başçılarının növbəti sammitinin ilin ikinci yarısında Qazaxıstanda keçiriləcəyi gözlənilir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31