İsrail tarixində ilk dəfə NATO təliminə dəvət edildi
NATO-nun “Qılınc zərbəsi-18” genişmiqyaslı hərbi təliminə İsrail də qatılıb. “Haaretz” İsrailin NATO təlimində ilk dəfədir iştirak etdiyini yazıb. Rəsmi Təl-Əviv artıq Şərqi Avropaya öz hərbçilərini göndərib.
5 İyun 2018 13:03 DünyaNATO-nun "Qılınc zərbəsi-18" genişmiqyaslı hərbi təliminə İsrail də qatılıb.
"Haaretz" İsrailin NATO təlimində ilk dəfədir iştirak etdiyini yazıb. Rəsmi Təl-Əviv artıq Şərqi Avropaya öz hərbçilərini göndərib.
İsrail "Qılınc zərbəsi-18" təliminin ikinci hissəsində iştirak edəcək. Bu hissədə bir neçə ölkədə müharibə aparılması, xarici qüvvələrin aviazərbələrinə müqavimət məsələləri sınaqdan keçiriləcək.
Qeyd edək ki, "Qılınc zərbəsi-18" təlimi iyunun 3-də Polşa və Baltikyanı ölkələrin ərazisində başlayıb. 15 iyuna qədər davam edəcək təlimə 19 ölkədən 18 min hərbçi qatılıb.