Gündəm

Paşinyan istefa verəcək

16 İyun 2018 13:54

Ermənistanın baş naziri Nikol Paşinyan seçki qanunvericiliyinin qəbulundan sonra istefa verəcəyini açıqlayıb. Bu barədə “Jamanak” məlumat yayıb.

İki azərbaycanlı ABŞ əsgərini döydü - Xəstəxanaya düşdü

16 İyun 2018 13:52

Litvanın Kaunas şəhərində ABŞ əsgəri azərbaycanlılar tərəfindən döyülüb. Bu barədə Kaunas şəhər polisi məlumat yayıb. Məlumatda deyilir ki, Litvada NATO-nun “Saber Strike 2018” irimiqyaslı təlimlərinə qatılan ABŞ əsgəri və iki Azərbaycan vətəndaşı arasında gecə saatlarında mübahisə yaşanıb.

Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16 İyun 2018 13:50

Prezident xanımlarının mətbuata verdiyi müsahibələrdən yaddaqalan etiraflarını təqdim edirik: "Birinə dünya üzərində hakimiyyət, digərinə isə dünyanı idarə edən kişi üzərində hakimiyyət lazımdır", - Jaklin Kennedi; “Hər gün səni qorxudan bir iş görmək lazımdır", - Eleonora Ruzvelt;

Dərs ilinin başlama və bitmə müddəti dəyişdiriləcək?

16 İyun 2018 13:47

Dərs ilinin yekunlaşması tarixinin dəyişdirilməsi Nazirlər Kabinetinin səlahiyyətləri çərçivəsində oluğu üçün bu, millət vəkillərinin imkanları daxilindədir. Hesab edirəm ki, 2018-2019-cu tədris ili üçün addım atılacaq və dərslər yeni təqvim günündən başlayacaq və bitəcək.

Yıldırım: "Türkiyə və ABŞ Suriyaya dair 90 günlük saziş imzalayıb"

16 İyun 2018 13:12

Türkiyə və ABŞ 90 günlük razılaşma imzalayıblar. Razılaşmanın imzalanması barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

Baş Qərargah: "Türkiyə HHQ İraqda Qəndil dağlarında əməliyyat keçirir"

16 İyun 2018 13:00

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında Qəndil dağlarında əməliyyatlar keçirir.

ABŞ-da Trampın seçkiqabağı qərargahının sabiq rəhbəri həbs edilib

16 İyun 2018 09:16

ABŞ-da məhkəmənin qərarı ilə ABŞ prezidenti Donald Trampın seçkiqabağı qərargahının sabiq rəhbəri  Pol Manafort həbs edilib.

Kolumbiya Venesuela ilə müharibəyə başlamaq istəyir

16 İyun 2018 09:09

Venesuela prezidenti Nikolas Maduro Kolumbiya lideri Xuan Manuel Santosun hərbi münaqişəyə başlamaq niyyətində olduğunu bildirib. Bunları Venesuela lideri hərbçilər qarşısında çıxışı zamanı bildirib.

Milli Qurtuluş Günü ilə əlaqədar tədbir

16 İyun 2018 09:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.  Bayram münasibətilə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub.

Müğənninin yalanı iki il sonra ortaya çıxdı

16 İyun 2018 09:05

Türkiyəli müğənni Mustafa Cecelinin sevgilisi Selin İmerə avtomobil alması haqda xəbərlər iki il əvvəl yayılmışdı. İfaçı xəbərlərin yalan olmasını qeyd etsə də bu gün çəkilən fotolar tam əksini göstərib. Belə ki, Selin İmer “Bentley” markalı avtomobillə kameraların hədəfinə tuş gəlib. 

Kim Çen In Ağ Evə dəvət ediləcək? - Trampdan açıqlama

16 İyun 2018 09:03

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın Ağ Evə dəvət ediləcəyini istisna etməyib. Bunu ABŞ prezident "Fox News" telekanalına müsahibəsi zamanı bildirib.

Fransa və ABŞ prezidentləri arasında telefon danışığı olub

16 İyun 2018 09:00

Fransa prezidenti Emmanuel Makron və  ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, söhbət zamanı KXDR ətrafında vəziyyət müzakirə edilib. Həmçinin Suriya və İranla bağlı məsələlərə toxunulub.

Heydər Əliyev Kubokunun qalibi məlum oldu

16 İyun 2018 08:58

Naxçıvan Muxtar Respublikasında keçirilən futbol üzrə III Heydər Əliyev Kubokuna yekun vurulub. 12 iyunda başlanıb 15 iyun Qurtuluş günündə başa çatan yarışın qalibi “Şüvəlan” olub. Ötən mövsümdə I Divizionun bürünc medallarını əldə edən “Şüvəlan” Heydər Əliyev Kubokunda bütün rəqiblərindən çox, 7 x