Fransa və ABŞ prezidentləri arasında telefon danışığı olub

Fransa prezidenti Emmanuel Makron və  ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, söhbət zamanı KXDR ətrafında vəziyyət müzakirə edilib. Həmçinin Suriya və İranla bağlı məsələlərə toxunulub.

Fransa prezidenti Emmanuel Makron və  ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, söhbət zamanı KXDR ətrafında vəziyyət müzakirə edilib. Həmçinin Suriya və İranla bağlı məsələlərə toxunulub.

"Beynəlxalq gündəlikdə yer alan mövzularla yanaşı E.Makron və D.Tramp ticarət siyasəti ilə bağlı məsələləri də müzakirə ediblər", məlumatda deyilir.

A24.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31