Gündəm

Akif Əlizadə AMEA prezidenti vəzifəsinə təsdiq edilib

23 İyun 2018 14:19

Prezident İlham Əliyev Akif Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirini qəbul edib

23 İyun 2018 14:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.  Prezident İlham Əliyev Əlcəzairin ədliyyə naziri Tayeb Louhun Azərbaycanda çoxlu sayda məhsuldar görüşlər keçirməsindən məmnunluğunu ifadə edib, nazirlər səviyyəsində qarşılıqlı səfərləri ədliyyə sahəsində əməkdaşlığın uğurlu inkişafının göstəricisi kimi dəyərləndirib.

Bakıda bankda saxta dollar dəyişən şəxs tutuldu

23 İyun 2018 14:00

Bakıda saxta dollar dəyişən şəxs saxlanılıb.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, iyunun 22-də Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olan həyəcan siqnalı ilə əlaqədar dərhal gələn polis əməkdaşları həmin ünvana gediblər.

Bir gündə 103 cinayət - 62 nəfər saxlanıldı

23 İyun 2018 13:58

İyunun 21-dən 22-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Azərbaycanlı nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda 

23 İyun 2018 13:57

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin BMT Dövlət Xidmətləri Forumunda iştirakı davam edir.

Təranə əməliyyata girir

23 İyun 2018 13:53

Prodüser Təranə Səmədova əməliyyata girir. İllərdir arıqlamağa çalışan, bunun üçün müxtəlif vasitələrə əl atan Səmədova bu dəfə fərqli yol seçib. Belə ki, o, mədə kiçiltmə əməliyyatı etdirir.

Hava haqqında məlumat - 24 iyun

23 İyun 2018 13:51

Sevgilisini xəyanət etdiyi üçün bıçaqladı, sonra yastıqla boğdu, özü isə... - FiLM KİMİ CİNAYƏT​​​​​​​

23 İyun 2018 13:49

Universitet tələbəsi sevgilisini dəfələrlə bıçaqlayıb, ölmədiyini görəndə yastıqla boğub.  Hadisə Türkiyənin Burdur vilayətində baş verib. Məlumata görə, birinci kurs tələbəsi Furkan Kaya 17 yaşlı sevgilisi Aytən Kəkliyi öldürmək məqsədilə evinə çağırıb. Daha sonra bir həftə əvvəldən planladığı şəkildə qızı sinəsindən dəfələrlə bıçaqlayıb. Nəfəs aldığını görəndə isə yastıqla boğaraq öldürüb.

Bakıda avtobusda dəhşət – Polis sürücü ilə əlbəyaxa oldu – Video

23 İyun 2018 13:46

İyunun 21-də saat 23:15 radələrində 18 saylı marşrut xəttində insident baş verib.  Metronun “20 Yanvar” stansiyası yaxınlığındakı dayanacaqda 99 JM 357 nömrəli “İsuzu Citiport” markalı avtobusa daxil olan 23-25 yaşlı gənc ödəniş etmədən avtobusa daxil olmaq istəyib.

Düşmən ordusu itki verdi

23 İyun 2018 13:44

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrdən birinin döyüş mövqelərində iyunun 22-də hərbi qulluqçusunun cəsədi aşkar edilib.

Bakıda yaşayış binası yanır

23 İyun 2018 13:42