Deputat “Sabah”a uğur dilədi- ÖZƏL

"UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində Azərbaycan çempionu "Sabah"ın hansı nəticələr əldə etməsindən asılı olmayaraq komandamız artıq tarixi uğura imza atıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Cəmi 9 illik tarixi və 17 milyon avroluq büdcəsi ilə "Sabah" nəinki Avropa futbol tarixində ilklərdən birinə imza atdı, həmçinin son illər Azərbaycan futbolunda formalaşmış mifləri tamamilə dağıtdı. Strateji və soyuqqanlı məşqiçi qərarları və sistemli oyunu ilə Azərbaycan futboluna yeni davranışlar gətirən "Sabah"a Çempionlar Liqasının bu tarixi liqa mərhələsində ürəkdən uğurlar arzulayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31