Gündəm

Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib

21 Noyabr 2018 16:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gəlib. Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiyalı deputat: "Bakı dünya turizminin Məkkəsinə çevrilir"

21 Noyabr 2018 15:28

"Bakı artıq dünya turizminin Məkkəsinə çevrilir. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi mən də bu möhtəşəm, gözəl şəhərə səfər edən rusiyalıların sayının maksimum çox olmasında maraqlıyam".

“Belarusun Azərbaycana münasibəti, Türkiyənin Azərbaycana olan münasibəti kimidir”

21 Noyabr 2018 14:56

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Belarusa etdiyi rəsmi səfər hər iki ölkədə böyük maraqla, diqqətlə izlənilib və həm Azərbaycan, həm də Belarus mediası dövlət başçısının Minskə səfəri, eləcə də bu ölkədə keçirdiyi mühüm görüşlər, imzalanan ikitərəfli sənədlər barədə müxtəlif səpkili materiallar dərc ediblər. Birmənalı olaraq ortaya qoyulan mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidentinin Belarusa səfəri uğurla başa çatıb və bu səfər ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün yeni imkanlar açıb. Xüsusilə, dövlət başçıları səviyyəsində imzalanan bəyanat Bakı üçün əhəmiyyətli hesab edilir.

“Müxalifətin niyyəti ictimai diqqəti özünə cəlb etmək idi”

21 Noyabr 2018 14:35

“Yayılan informasiyalardan belə bəlli olur ki, 17 noyabr - Milli Dirçəliş Günü ərəfəsində özünü müxalifət elan etmiş partiyaların rəhbərlərinin geniş toplantısı keçirilib. Müsavat partiyasından İsa Qəmbərin, Arif Hacılının, Vətəndaş Həmrəyliyi partiyasından Sabir Rüstəmxanlı və digərlərinin də qatıldığı tədbirə kimsə müdaxilə etməyib, xətirlərinə dəyən olmayıb. Bu misalı ona görə çəkdim ki, qanunlar çərçivəsində keçirilən tədbirlərə kimsə müdaxilə etmir, qanunlar çərçivəsində münasibət göstərilir”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Zakir Həsənovla Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib

21 Noyabr 2018 13:15

Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.