“Belarusun Azərbaycana münasibəti, Türkiyənin Azərbaycana olan münasibəti kimidir”
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Belarusa etdiyi rəsmi səfər hər iki ölkədə böyük maraqla, diqqətlə izlənilib və həm Azərbaycan, həm də Belarus mediası dövlət başçısının Minskə səfəri, eləcə də bu ölkədə keçirdiyi mühüm görüşlər, imzalanan ikitərəfli sənədlər barədə müxtəlif səpkili materiallar dərc ediblər. Birmənalı olaraq ortaya qoyulan mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidentinin Belarusa səfəri uğurla başa çatıb və bu səfər ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün yeni imkanlar açıb. Xüsusilə, dövlət başçıları səviyyəsində imzalanan bəyanat Bakı üçün əhəmiyyətli hesab edilir.
21 Noyabr 2018 14:56 SiyasətBu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Belarusa etdiyi rəsmi səfər hər iki ölkədə böyük maraqla, diqqətlə izlənilib və həm Azərbaycan, həm də Belarus mediası dövlət başçısının Minskə səfəri, eləcə də bu ölkədə keçirdiyi mühüm görüşlər, imzalanan ikitərəfli sənədlər barədə müxtəlif səpkili materiallar dərc ediblər. Birmənalı olaraq ortaya qoyulan mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidentinin Belarusa səfəri uğurla başa çatıb və bu səfər ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün yeni imkanlar açıb. Xüsusilə, dövlət başçıları səviyyəsində imzalanan bəyanat Bakı üçün əhəmiyyətli hesab edilir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Belarusa rəsmi səfəri və bu səfərin gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə mümkün təsirləri barədə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə fikirlərini bölüşüb.
-Məhəmməd bəy, Azərbaycan dövlət başçısının Belarusa səfərinin nəticələrini necə dəyərləndirərdiniz?
-Azərbaycanla Belarus arasında dövlətlərarası əlaqələr ikitərəfli strateji əhəmiyyət daşıyır. Bu ölkə Azərbaycanın MDB məkanında əsas tərəfdaşıdır. Hətta deyərdim ki, müttəfiq bağlara malik ölkədir. Belarusun ağır maliyyə problemində Azərbaycan Belarusa 500 milyon dollar kredit verib. Bu pul ölkədə maliyyə vəziyyətinin stabillişməsinə, Aleksandr Lukaşenkonun daxili siyasi vəziyyəti nizama salmasında mühüm rol oyanayıb.
-Dövlət başçısının səfəri zamanı iki ölkə arasında imzalanan sənədlər gələcək əməkdaşlıq üçün hansı imkanlar açır?
-Əgər, İki ölkə arasında xüsusi strateji önəm kəsb edən sahələr üzrə müqavilələr bağlanırsa, dövlətlərarası heç bir problem yoxdursa, beynəlxalq təşkilatlar çərçivəsində bir-birlərini dəstəkləyirsə, bu yaxın perspektivdə müttəfiqlik sazişinin bağlanmasına gətirib çıxarmalıdır. Çünki, Belarus prezidenti Aleksandr Lukaşenkodan sonra dövlətin siyasi ştirxinin müəyyənləşməsi üçün buna hüquqi zəmin yaratmaq lazımdır ki, iki ölkə arası münasibətlər qarşlıqlı maraqlar çərçivəsində inkişaf etsin.
-Ümumilikdə Belarusun Azərbaycana münasibəti necədir?
-Mən deyərdim ki, Belarusun Azərbaycana münasibəti, Türkiyənin Azərbaycana olan münasibəti kimidir. Bu əlaqələr təkcə dövlət başçılarının şəxsi əlaqələrindən irəli gəlməməlidir. İki ölkə gələcəkdə qarşlıqlı maraqları üzrə əlaqələrini inkişaf etdirməlidir. Burada qeyd etmək lazımdır ki, Azərbaycan Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Belarus, Qazaxıstanla strateji müttəfiqlik üzrə müqavilə imzalamalıdır. Çünki, bu ölkələr Azərbaycanla sıx dostluq və qardaşlıq əlaqələrinə malikdir. Həmçinin dünayada gərginləşən proseslər fonunda buna ehtiyac var.
-Təsadüfi deyil ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı məsələdə belə Azərbaycanın mövqeyini nəzərə alır
-Tamamilə doğrudur. Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Belarus daima Azərbaycan amilini nəzərə alıb. Bundan narahat olan Ermənistanın bütün narazılqllarına baxmayaraq, hətta bu ölkə ilə təşkilat çərçivəsində müttəfiq əlaqələrinə rəğmən Azərbaycanı dəstəkləyir.
Belarus və Qazaıstanın Azərbaycanı daima dəstək verməsi, Ermənistanın KTMT tərk etməsinə səbəb ola bilər. Burada qeyd etmək lazımdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın Belarusa qarşı qəzəb dolu ritorikası, KTMT-yə ünvanlanıb. Göründüyü kimi Azərbaycan amili Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında ciddi fiikir ayrılıqlarına, həmçinin Ermənistanın təklənməsinə səbəb olub.
-İki ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri barədə nə deyərdiniz?
-Belarusla Azərbaycanın hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsi, yaxın perspektivdə hərbi müqavilələrin transformasiyası üzrə silah partiyaların Azərbaycana ixracı xüsusi ilə raket- artilleriya və zirehli texnikaların yeni partiyasının alınması barədə Minsklə müqavilə Yerevanda şok effekt yaradır. Bundan əlavə, Belarusdan yeni nəsil "POLONEZ-3" raketlərinin alınması və bu raket sisteminin Azərbaycanda birgı istehsalı üçün zavodun tikilməsi planlaşdırlır. Azərbaycanın "POLONEZ" raketlərinin istehsalına başlaması, Ermənistan üzərində yeni hərbi-siyasi üstünülüyümüz olacaq.
-Bu arada Rusiyanın regionla bağlı siyasətini necə dəyərləndirirsiniz. Xüsusilə, Kreml rəhbərinin keçmiş SSRİ ərazisində doğulan istənilən şəxsə Rusiya vətəndaşlığının verilməsi mümkünlüyü açıqlaması sizcə nəyə hesablanıb?
-Rusiya prezidenti Vladimir Putinin Keçmiş SSRİ-də doğulan hər kəsin istədiyi təqdirdə Rusiya vətəndaşlığı ala biləcək qərarı, siyasi xarakter daşıyır. Əsasən bu qərar Rusiyanın MDB məkanında nüfuzunu və siyasi təsirini artırmağa hesablanıb. Rusiyanın xaricdə öz vətəndaşlarının müdafiəsi üçün istənilən ölkəyə hərbi müdaxilə imkanı verən qanuna malik olduğunu nəzərə alsaq, bu qərarın region üçün təhlükə və ekspansiya daşıdığını görərik. Vladimir Putinin bu qərarı MDB ölkələrini gələcək perspektivdə hərbi təzyiq altında saxlamaq üçün hüquqi baza hazırlamaqdı.
Paralel olaraq Qərbin də regionla bağlı planları var. Bəs, Rusiya bu planların zərərsizləşdirilməsi üçün hansı addımlar atır?
-Rusiya MDB-ni öz nüfuz dairəsi hesab edir və Qərbin bu regionda mövqeyinin güclənməsinin qarşısını almaq üçün çox ciddi planlar hazırlayır. Kremlin bu qərarı əsasən, məhz bu planın tərkib hissəsidir. Vladimir Putin yaxşı bilir ki, MDB ölkələrində sosial vəziyyət aşağıdır, bu dövlətlərin vətəndaşları Rusiyada işçi miqrant kimi çalışır. Ona görə də bu qanunla MDB -dən olan miqrantlara vətəndaşlıq verəcək, həmçinin digər post-sovet ölkələri vətəndaşları üçün bu qanun həvədlındirici amil olaraq Rusiya təbəliyinə yol açacaq. Təsəvvür edin ki, Azərbaycandan iki milyon vətəndaşımız Rusiyada çalışır. Onlara Rusiya vətəndaşlığının verilməsi və həmçinin yeni gedənlərə bu imkanın tanınması ölkəmiz üçün təhlükəsizlik risklərini artırır.
-Bəs, Azərbaycan üçün bu qərar nə vəd edir və hansı addımları atmalıyıq?
-Hesab edirəm ki, Azərbaycan, həmçinin digər post-sovet ölkələrinin parlamentləri qanun qəbul etməli, MDB dövlətləri ilə ikilivətəndaşlığı qanunla ləğv etməlidir. Əgər, Rusiya belə bir qanun qəbul edirsə, deməli buna qarşı dövlətlər özlərini qorumalıdır.
Göründüyü kimi Rusiya heç də regionda sülh və təhlükəsizlik üçün deyil, yalnız qonşu ölkələrə təhdid siyasəti yürüdür. Birləşmiş Ştatlar başda olmaqla, Qərbin Risiyaya qarşı sanksiyaları məhz bu ölkənin aqressiyasının qarşısın almağa, region dövlətlərini işğaldan qorumağa hesablanıb.
Süleyman