İKTA nümayəndələri Budapeştdə beynəlxalq ekspert işçi qruplarının iclasında iştirak ediblər (FOTO)

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri Budapeşt şəhərində Macarıstanın Milli Media və İnfokommunikasiya Qurumunun keçirdiyi telekommunikasiya üzrə tənzimləyici qurumların iclasında iştirak ediblər.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) məlumat verilib.

Tədbirdə rouminq xidmətləri, genişzolaqlı internetin monitorinqi, tənzimləyici qurumların fəaliyyəti, rəqəmsal şəbəkələr aktı layihəsi, bazar nəzarəti və son istifadəçi hüquqları ilə bağlı aktual məsələlər müzakirə olunub.
Sessiyalar çərçivəsində Macarıstanın genişzolaqlı internet və coğrafi monitorinq alətləri sahəsində təcrübəsi təqdim olunub, həmçinin son istifadəçi hüquqlarının qorunması istiqamətində beynəlxalq yanaşmalara dair fikir mübadiləsi aparılıb.

İclas çərçivəsində İKTA nümayəndələri Azərbaycanın telekommunikasiya sektorunda həyata keçirilən islahatlar, genişzolaqlı internetin inkişafı, rouminq və tənzimləmə sahəsində görülən işlərlə bağlı təcrübəni bölüşüblər.

Tədbirdə iştirak beynəlxalq təcrübənin öyrənilməsi, telekommunikasiya sektorunda tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli olub.

İKTA nümayəndələri Budapeştdə beynəlxalq ekspert işçi qruplarının iclasında iştirak ediblər (FOTO)

İKTA nümayəndələri Budapeştdə beynəlxalq ekspert işçi qruplarının iclasında iştirak ediblər (FOTO)
İKTA nümayəndələri Budapeştdə beynəlxalq ekspert işçi qruplarının iclasında iştirak ediblər (FOTO)
İKTA nümayəndələri Budapeştdə beynəlxalq ekspert işçi qruplarının iclasında iştirak ediblər (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31