Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
22:34 SosialPaytaxtın küçə və prospektlərində mayın 4-dək aparılacaq təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, 4 nömrəli marşrut ("Nəriman Nərimanov" m/st istiqaməti): Rəşid Behbudov küçəsi - Füzuli küçəsi - Səməd Vurğun küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Xan Şuşinski küçəsi. Əks istiqamətdə isə Azadlıq prospekti - Mirəsədulla Mirqasımov küçəsi - Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti;
20 nömrəli marşrut (Uşaq Klinik Xəstəxanası istiqaməti): Rəşid Behbudov küçəsi - Füzuli küçəsi - Səməd Vurğun küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi - Ceyhun Hacıbəyli küçəsi - Mirəsədulla Mirqasımov küçəsi (son dayanacaq). Əks istiqamətdə isə Mirəsədulla Mirqasımov küçəsi (son dayanacaq) - Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti;
61 nömrəli marşrut (9-cu mikrorayon istiqaməti): Rəşid Behbudov küçəsi - Füzuli küçəsi - Səməd Vurğun küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Ceyhun Hacıbəyli küçəsi - Mirəsədulla Mirqasımov küçəsi - Səməd Vurğun küçəsi;
83 nömrəli marşrut ("Gənclik" m/st istiqaməti): Səməd Vurğun küçəsi - Mirəsədulla Mirqasımov küçəsi - Mərdanov qardaşları - Abbasqulu ağa Bakıxanov küçəsi - Ceyhun Hacıbəyli küçəsi - Vaqif prospekti. Əks istiqamətdə isə Ceyhun Hacıbəyli küçəsi - Mirəsədulla Mirqasımov küçəsi - Səməd Vurğun küçəsi;
85 nömrəli marşrut ("28 May" m/st istiqaməti): Azadlıq prospekti - Mirəsədulla Mirqasımov küçəsi - Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti. Əks istiqamətdə isə - Füzuli küçəsi - Səməd Vurğun küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Xan Şuşinski küçəsi;
88 nömrəli marşrut ("Dərnəgül" m/st istiqaməti): Rəşid Behbudov küçəsi - Füzuli küçəsi - Səməd Vurğun küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Xan Şuşinski küçəsi. Əks istiqamətdə isə Azadlıq prospekti - Mirəsədulla Mirqasımov küçəsi - Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti;
88A nömrəli marşrut ("Azadlıq prospekti" m/st istiqaməti): Səməd Vurğun küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Ceyhun Hacıbəyli küçəsi ilə hərəkət edəcək.