Regional hərbi münaqişələrin  Azərbaycan iqtisadiyyatına hansı təsiri var?

Region dövlətləri üçün hərbi münaqişələr müasir dövrün ən ciddi təhlükəsizlik və inkişaf çağırışlarından biri olaraq qalır. Coğrafi yaxınlıq, tarixi-siyasi ziddiyyətlər və geostrateji maraqlar bu dövlətləri zaman-zaman münaqişə riskləri ilə üz-üzə qoyur. Belə vəziyyətlər yalnız hərbi-siyasi sabitliyi pozmaqla kifayətlənmir, həm də region ölkələrinin sosial-iqtisadi inkişafına, beynəlxalq əlaqələrinə və daxili resursların idarə olunmasına birbaşa təsir göstərir. Münaqişəli vəziyyət region dövlətlərinin iqtisadi potensialını zəiflədərək investisiya mühitini riskli hala gətirir, ticarət əlaqələrini məhdudlaşdırır və dövlət xərclərinin strukturunu dəyişdirir. Eyni zamanda, qaçqın axınları, infrastrukturun zədələnməsi və insan kapitalının itkisi uzunmüddətli inkişaf perspektivlərinə mənfi təsir göstərir. Buna görə də regionda baş verən hərbi münaqişələrin mahiyyətini və onların nəticələrini anlamaq həm siyasi sabitlik, həm də iqtisadi dayanıqlılıq baxımından xüsusi əhəmiyyət daşıyır.
  İqtisad elmləri üzrə fəlsəfə doktoru Fuad Bədirov bildirib ki, bölgədəki regional gərginliyin iqtisadi və siyasi təsirləri yalnız münaqişə tərəfləri ilə məhdudlaşmır, eyni zamanda ətraf ölkələrin iqtisadi sistemlərinə də müxtəlif formalarda təsir göstərir: "Yaşadıgımız cografi məkanda ölkəmiz  bu baxımdan həmin proseslərin təsirindən kənarda qalmır.Azərbaycanın yerləşdiyi coğrafi məkan və onun regiondakı strateji mövqeyi ətraf bölgələrdə baş verən hərbi münaqişələrin Ölkə iqtisadiyyatına həm birbaşa, həm də dolayı yolla təsir göstərməsini qaçılmaz edir. Bu təsirlər xüsusilə ticarət axınları, enerji bazarları və investisiya mühiti vasitəsilə özünü göstərir. Nəzərə alsaq ki,son dövrlərdə Azərbaycan regionda enerji sektorunda mühüm rol oynayan dövlət kimi çıxış edir, buna görə də bölgədə baş verən geosiyasi gərginliklər və hərbi münaqişələr ölkənin enerji bazarlarına və ümumi iqtisadi göstəricilərinə daha həssas təsir göstərir. Bu amillər Azərbaycanın iqtisadi inkişafında enerji sektorunun strateji əhəmiyyətini daha da artırır. Enerji bazarlarında qiymətlərin dəyişməsi, beynəlxalq ticarət yolları və investisiya mühiti bölgədəki qeyri-sabitlik nəticəsində bu təsirlərə daha həssasdır.
        Təbii ki, regiondakı qeyri-sabitlik enerji bazarlarında qiymətlərin dəyişməsinə gətirib cıxarır ki,bu da uzunmüddətli sabitlik ücün risk yaradır..Regional münaqişələr beynəlxalq ticarət yollarının dəyişməsinə və  alternativ yeni yolların axtarlmasına təlabtı artırır. Siyasi gərginlik bölgədə idxal məhsullarının qiymətinin yüksəlməsinə,qlobal aləmdə enerji bazarlarının dəyişməsinə səbəb olur ki,bu da münaqişə iştirakcılarilə yanaşı ətraf ölkələrində iqtisadi siyasətinə təsirsiz ötüşmür. Bütün bunlar onu deməyə əsas verir ki,hec bir münaqişə iqtisadi xeyir vermir, lakin hərbi münaqişələr yerləşdiyimiz cografi məkanda Azərbaycan iqtisadiyyatına həm müsbət, həm də mənfi təsir göstərə bilir.  Ən əsas təsirlər enerji qiymətlərinin dəyişməsi,logistik imkanların genişləndirilməsi və investisiya mühitində risklərin yüksəldilməsindədir. Bildiyimiz kimi Azərbaycan dövləti bu münaqişələrdə öz iqtisadi maraqlarını hər şeydən üstün tutaraq bu dəyişikliklərə adaptasiya olmaga calışır və cografi strateji mövqeyimizdən istifadədə üstünlük əldə edir. Nəzəra alsaq ki, strateji mövqeyimiz yerləşdiyimiz cografiyada Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayır, Beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir və Xəzər dənizi vasitəsilə enerji resurslarına cıxışı var, deməli ölkənin bu yerləşimi regional ticarət və enerji axınlarında mühüm əhəmiyyətli yerə sahibdir. 
       Qlobal iqtisadiyyatın əsas sütunlarından biri olan beynəlxalq ticarət, əsasən müəyyən coğrafi marşrutlar üzərindən həyata keçirilmişdir. Lakin son dövrlərdə ənənəvi ticarət yollarında yaranan risklər alternativ marşrutların əhəmiyyətini artırmışdır. Xüsusilə enerji, xammal və istehlak mallarının daşınmasında fasiləsizliyin təmin olunması üçün yeni yolların axtarışı prioritetə çevrilmişdir. Müxtəlif məkanlarda  baş verən münaqişələr və siyasi qeyri-sabitlik əsas ticarət yollarının təhlükəsizliyini zəiflədir. Bu isə ölkələri və beynəlxalq yükdaşıma şirkətlərini daha təhlükəsiz və stabil marşrutlara yönəldir. Limanların bağlanması və logistika problemləri alternativ yolların zəruriliyini qacılmaz  edir. Bu səbəbdəndir ki,daha yaxın və daha ucuz nəqliyyat yollarının tapılması beynəlxalq logistik şirkətlərin rəqabət qabiliyyətini artırır.Alternativ marşurutlar dedikdə,Quru nəqliyyat dəhlizləri (orta dəhliz), su nəqliyyatının şaxələndirilməsi,və bunların kordinasiyalı dəniz,dəmir yolu və avtomobil nəqliyyatından birgə istifadəsi nəzərdə tutulur.Yeni nəqliyyat sisteminin inkişafı ticarətin cografiyasını dəyişir və  nəqliyyat sisteminə qoşulmuş yeni tranzit ölkələr bu dəyəşimdən iqtisadi gəlir əldə edirlər".
Onun sözləribə görə, son illərdə Avrasiya məkanında baş verən siyasi gərginliklər, xüsusilə Rusiya-Ukrayna müharibəsi, Şimal nəqliyyat dəhlizinin effektivliyini və təhlükəsizliyini sual altına qoymuş və bu vəziyyət yükdaşıyan logistik şirkətləri alternativ yollar axtarmağa məcbur etmişdir. Süveys kanalı üzərindən həyata kecirilən yükdaşımalarda  artım cox oldugundan ,orada olan risk faktorunuda qacılmaz edır: "Məhz bu baxımdan alternativ olaraq Orta Dəhliz marşurutu daha cevik və rahat  balanslı secim kimi cıxış edir. Azərbaycan dövləti son illərdə həyata kecirilən iri lahiyələrdə tranzit imkanlarını əhəmiyyətli şəkildə genişləndirmiş, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı - Xəzər dənizi üzərindən yük daşımalarının əsas mərkəzi ,Bakı-Tbilisi-Qars dəmir yolu - Avropa ilə Asiyanı birləşdirən əsas quru bağlantı ,Müasir avtomobil magistralları və logistika mərkəzləri multimodal daşımaların effektiv təşkilinə imkan yaratmışdır.  Beynəlxalq nəqliyyat marşurutu kimi Orta Dəhliz, Xəzər dənizi üzərindən Avropa ilə Asiyanı birləşdirən mühüm logistik transmilli  nəqliyyat yoludur. Bu dəhlizin əsas iştirakcı dövlətləri Azərbaycan, Gürcüstan, Qazaxstan, Türkiyə və Cin olmaqla yanaşı Özbəkstan, Türkmənstan, Ruminya, Bolqarstan, Ukrayna və Polşa kimi dövlətlərdə bu  lahiyələrdə həm iştirakcı, həm də maraqlı tərəf kimi cıxış edirlər.Orta Dəhliz  tranzit ölkə kimi Azərbaycan iqtisadiyyatında Dövlət büdcəsinə əlavə gəlirlər yaradır. Yeni iş yerlərinin açılmasına səbəb olur və Qeyri-neft sektorunun inkişafını stimullaşdırır. Mövcud tendensiyalar fonunda Orta Dəhliz yalnız alternativ deyil, gələcəyin əsas ticarət marşrutlarından biri kimi formalaşır. Bölgədə baş verən qeyri-siyasi sabitlik regionun iqtisadi mühitində, Su nəqliyyatında əsəs marşurutlardan sayılan, günümüzdə enerji daşımlarında xüsusi əhəmiyyətə malik olan və dünya üzrə ixrac olunan xam neftin  20% -ə qədərinin daşındıgı Hörmüz bogazını məhz bu baxımdan dünyanın ən əhəmiyyətli enerji tranzit nöqtəsinə cevirir. Bu bogaz təkcə enerji deyil,həmdə ümumi yükdaşımalarda əhəmiyyətlidir. Hörmüz bogazı Fars Körfəzindən cixan bütün dəniz yollarının acıq okeana cıxdıgı yoldur və Asiya ilə dünya bazarını birləşdirən mühüm əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, yaxın Şərqdə baş verən hərbi münaqişələr Hörmüz bogazında yükdaşımalarda ləngimələrə gətirib cıxara bilər ki, bu da enerji qiymətlərinin artmasına şərait yaratmış olsun. Baş verən siyasi münaqişələr xüsusilə İran ilə digər güclər arasında mövcud olan gərginliklər Hörmüz bogazının təhlükəsizliyinə təsir göstərir. Hörmüz bogazında yarana  biləcək hər hansı bir pozuntu, neft qiymətlərinin kəskin artmasına səbəb olar, qlobal infilyasiyanı sürətləndirər və daşınma və sıgorta xərclərini yüksəldər. 
 Deməli, regionda baş verən hərbi münaqişələr təkcə birbaşa münaqişə tərəflərinə deyil, həm də ətraf ölkələrə və daha geniş beynəlxalq iqtisadi sistemə əhəmiyyətli təsir göstərir. Qloballaşmış iqtisadiyyat şəraitində hər hansı regional müharibə və ya gərginlik ticarət yollarının pozulması, enerji resurslarının qiymətində dəyişikliklər, logistik xərclərin artması və investisiya mühitində qeyri-müəyyənliyin yüksəlməsi kimi zəncirvari nəticələr yaradır".
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31