Tramp Avropa Birliyindən idxal edilən avtomobillərə tətbiq edilən rüsumları artırıb

ABŞ-ın Avropa Birliyindən idxal edilən minik və yük maşınlarına tətbiq etdiyi rüsumlar gələn həftə 25%-ə çatacaq.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "TruthSocial" sosial şəbəkəsində yazıb:

"Gələn həftə Avropa Birliyindən gələn minik və yük maşınlarına tarifləri artıracağam. Tariflər 25%-ə qədər artırılacaq".

O, bu qərarını AB-nin ABŞ ilə əvvəllər bağlanmış ticarət sazişinin şərtlərinə əməl etməməsi ilə əsaslandırıb.

ABŞ prezidenti qeyd edib ki, ABŞ ərazisində istehsal olunan avtomobillərə rüsum tətbiq edilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31