Rusiyanın Soçi hava limanında məhdudiyyətlər tətbiq edilib
21:10 DünyaRusiyanın Soçi hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Olaylar.az xəbər verir ki, məhdudiyyətlərin təhlükəsizlik səbəbi ilə tətbiq olunduğunu qeyd edilib.
Aprelin 28-də Soçidən yola düşən sərnişin təyyarəsi dron təhlükəsi səbəbindən yenidən dayanacaq yerinə yönləndirilib. Söhbət N4-479 reysi ilə Omsk şəhərinə uçmalı olan "Nordwind Airlines" şirkətinə məxsus Boeing 737-800 təyyarəsindən gedir.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, mayın 1-də Rusiya hava məkanını pozduqdan sonra 140-dan çox Ukrayna dronu məhv edilib. Bu dronlardan bəziləri Azov və Qara dəniz suları üzərində ələ keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31