Gündəm

Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbir görülməlidir

1 Fevral 2019 15:34

Oqtay Əsədov: “Təhqirə yol verənlərin qarşısının alınması haqqında düşünməliyik” Milli Məclisin yaz sessiyasının ilk plenar iclası Azərbaycan himninin səsləndirilməsilə öz işinə başlayıb. Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclis Prezident İlham Əliyevin yüksək səviyyədə apardığı daxili və xarici siyasəti dəstəkləmək üçün əlindən gələni edib və qanunvericilik fəaliyyətini artırıb". O.Əsədov əminliyini bildirib ki, parlament bu günə qədər qazandığı uğurları davam etdirəcək və qanunvericilik fəaliyyətini daha da artıracaq: “Bu yaz Milli Məclisin sessiyasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. Bundan əlavə Hesablama palatasının, Ombudsman Aparatının hesabatları dinləniləcək”. Ardınca parlamentin intizam və hesablayıcı kimissiyalarının yeni tərkibi təsdiq edilib.

Yaqub Mahmudovun “Seçilmiş əsərləri” Milli Kitabxanaya təqdim edildi

1 Fevral 2019 15:31

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun 15 cildlik “Seçilmiş əsərləri” və “Yaqub Mahmudov. Biblioqrafiya”sı, eyni zamanda, Tarix İnstitutunun 2018-ci ildə nəşr etdirdiyi kitabların bütöv kolleksiyası Milli Kitabxanaya təqdim edilib. Olaylar.az bildirir ki, təqdimat mərasiminə həsr olunmuş tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Vüqar Səfərli: "Məqsəd hansısa qəzetlərin bağlanması yox, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır"

1 Fevral 2019 15:05

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilmiş iclasında Fondun 2019-cu ilin II rübü üçün KİV-lərə maliyyə yardımı müsabiqəsinin elanında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə dəyişikliklərin edilməsi bəzi media qurumlarında və sosial şəbəkələrdə reallığı əks etdirməyən yanlış mülahizələrə səbəb olub.

Yanvar ayında 16 nəfər kəsgin istilər səbəbi ilə xəstəxanaya müraciət etdi

1 Fevral 2019 14:49

1910 –cu il Avstraliyada yanvar ayı ən isti ay kimi qeyd olunmuşdur. Olaylar.az türk mediasına istinadən bildirir ki, 2019 –cu ilin yanvarı ayında havanın tempuraturunun 30 dərəcədən yüksək olması tarixi rekordu yeniləyib. 109 ildən sonra ölkədə kəsgin istilər səbəbi ilə 16 nəfər xəstəxanaya yerləşdirilib.

Komitə sədri: "Radikallar hakimiyyətə deyil, xalqa, Azərbaycan dövlətinə müxalifdirlər"

1 Fevral 2019 14:23

"Radikal müxalifətin “mitinq” keçirmək məqsədi nə Məhəmməd Əmin Rəsulzadənin, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmaq, ictimai siyasi sabitliyi pozmaqdır”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. O, bildirib ki, 2008-ci ildə “Sərbəst toplaşmaq haqqında” qanuna bununla bağlı dəyişiklik edilib və bu dəyişikliklər qanunsuz toplaşmaqla bağlı halların qarşısının alınmasına xidmət edir: “Hüquq mühafizə orqanları da asayişi pozmaq istəyənlərin qarşısını qanunun tələblərinə uyğun şəkildə almağı bacarır. Bunda başqa 2016-cı ilin payız sessiyasında Cinayət Məcəlləsinin 148-1 maddəsinə edilən dəyişikliklərə əsasən, internetdə saxta profillərdən istifadə edənlər üçün cəza tədbirləri müəyyənləşib. Hətta burada saxta profil istifadəçilərinə qarşı azadlıqdan məhrum etmə cəzası da tətbiq edilib. Lakin təcrübə göstərir ki, edilən dəyişiklilərin tətbiqi ilə bağlı müəyyən boşluqlar var”.

Tələbələr Azərbaycan Gəncləri Günündə

1 Fevral 2019 14:15

Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə rayon gənclərinin yekun toplantısı keçirilib. Olaylar.az bildirir ki, toplantıda Yasamal rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, millət vəkili Elşad Həsənov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Rəisi Raqif Abbasov çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edib, onlara respublikamızın daha da inkişafı istiqamətində göstərdikləri fəaliyyətlərində uğurlar arzulayıb.

Nəsiminin qəzəlini bir də ustadlardan dinləyək - VİDEO

1 Fevral 2019 14:09

Müğənni Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözləri ilə oxuduğu məşhur “Pəncu-şeş” hind mahnısı dinləyicilər tərəfindən birmənalı qarşılanmamışdı. Onlar müğənni xanımın bu mahnısını Nəsimiyə və onun yaradıcılığına hörmətsizlik olaraq dəyərləndirmişdilər.