Tələbələr Azərbaycan Gəncləri Günündə

Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə rayon gənclərinin yekun toplantısı keçirilib. Olaylar.az bildirir ki, toplantıda Yasamal rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, millət vəkili Elşad Həsənov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Rəisi Raqif Abbasov çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edib, onlara respublikamızın daha da inkişafı istiqamətində göstərdikləri fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də fəal iştirak edib. Belə ki, toplantıdan öncə ADMİU-nun Rəssamlıq fakültəsinin tələbəsi Pərviz Ələkbərlinin rəsmlərindən ibarət sərgi nümayiş olunub. Azərbaycan Gəncləri Günü münasibəti ilə rayonun ictimai həyatında fəal iştirakına və dövlətin gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə mükafatlandırılan gənclər arasında ADMİU-nun nümayəndələri də olub.  ADMİU Tələbə Gənclər Təşkilatının sədri İman Sadıqov tədbirin təşkilində göstərdiyi köməyə görə, Teatr sənəti fakültəsinin 2-ci kurs tələbəsi Elvin Nuri isə bədii yaradıcılıq sahəsində fəaliyyətinə görə Yasamal rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31