Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbir görülməlidir
Oqtay Əsədov: “Təhqirə yol verənlərin qarşısının alınması haqqında düşünməliyik” Milli Məclisin yaz sessiyasının ilk plenar iclası Azərbaycan himninin səsləndirilməsilə öz işinə başlayıb. Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclis Prezident İlham Əliyevin yüksək səviyyədə apardığı daxili və xarici siyasəti dəstəkləmək üçün əlindən gələni edib və qanunvericilik fəaliyyətini artırıb". O.Əsədov əminliyini bildirib ki, parlament bu günə qədər qazandığı uğurları davam etdirəcək və qanunvericilik fəaliyyətini daha da artıracaq: “Bu yaz Milli Məclisin sessiyasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. Bundan əlavə Hesablama palatasının, Ombudsman Aparatının hesabatları dinləniləcək”. Ardınca parlamentin intizam və hesablayıcı kimissiyalarının yeni tərkibi təsdiq edilib.
1 Fevral 2019 15:34 SiyasətOqtay Əsədov: "Təhqirə yol verənlərin qarşısının alınması haqqında düşünməliyik"
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası Azərbaycan himninin səsləndirilməsilə öz işinə başlayıb. Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclis Prezident İlham Əliyevin yüksək səviyyədə apardığı daxili və xarici siyasəti dəstəkləmək üçün əlindən gələni edib və qanunvericilik fəaliyyətini artırıb". O.Əsədov əminliyini bildirib ki, parlament bu günə qədər qazandığı uğurları davam etdirəcək və qanunvericilik fəaliyyətini daha da artıracaq: "Bu yaz Milli Məclisin sessiyasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. Bundan əlavə Hesablama palatasının, Ombudsman Aparatının hesabatları dinləniləcək". Ardınca parlamentin intizam və hesablayıcı kimissiyalarının yeni tərkibi təsdiq edilib.
Onlayn media parlamentin gündəliyində
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov "Mətbuat Şurası haqqında" və "Onlayn media haqqında" qanun layihələrinin hazırlanmasına ehtiyac olduğunu bildirib: "Bununla bağlı təklifləri bir neçə dəfə səsləndirmişəm. Təkliflərin nəzərə alınması müsbət addım olardı". Deputat Fazil Mustafa da onlayn media ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edib. Deputat bunu indiki mövcud vəziyyətlə əlaqələndirib: "Hesab edirəm ki, buna indiki dövrdə ehtiyac var və qanun layihəsinin hazırlanması sürətləndirilməlidir". Millət vəkili Sahib Alıyev isə təklif edib ki, Azərbaycanda sosial şəbəkə ilə bağlı qanun hazırlansın: "Hesab edirəm ki, "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna da yenidən baxılmalıdır. Sosial şəbəkələrə diqqət yetirəndə görürük ki, burada mənəviyyat terrorçuları meydan sulayırlar, Orduxanlar, Vidadi İsgəndərlilər və s... Bunların fiziki terror törədənlərdən fərqi yoxdur, onlar cəmiyyət üçün qorxulu və təhlükəlidirlər. Bu cür ünsürlərin qarşısı qanunvericilik yolu ilə alınmalıdır. Bu, son dərəcə əhəmiyyətlidir". Deputat Qənirə Paşayeva da "Onlayn media haqqında" qanunun qəbulunu vacib sayıb: Azərbaycan ibformasiya müharibəsi şəraitində yaşayır. Belə bir məqamda onlayn media ilə bağlı qanunun qəbulu yalnız işin xeyrinə olardı".
Gürcüstanda Azərbaycna qarşı fəaliyyət göstərən qüvvələr var
Deputat Əflatun Amaçov həmçinin qeyd edib ki, Azərbaycanla Gürcüstanın yüksək qonşuluq əlaqələri olsa da, buna qarşı hələ də fəaliyyət göstərən qüvvələr var: "Gürcüstanda Azərbaycan torpaqlarının işğalında iştirak etmiş cinayətkar erməni terrorçusu Mixail Avaqyana abidə ucaldılıb. Bu abidənin ucaldılmasından Gürcüstan hökumətinin məlumatı olmayıb İnanırıq ki, prinsipial mövqeyiniz sayəsində qatil Avaqyanın abidəsi götürüləcək. Həmin qüvvələr yenə də iş başındadırlar. Hələ 2006-cı ildə Axalkalakidə başqa bir erməni terrorçusuna heykəl qoymuşdular. İndi isə bu addımı atdılar. Həmçinin Nəriman Nərimanovun Marneulidəki abidəsinə qarşı hörmətsizlik edildi. Ona görə də hesab edirəm ki, bu hallar tezliklə aradan qaldırılmalıdır". Gürcüstdan erməni cəlladının büstünün qoyulması məsələsinə də münasibət bildirən deputat Zahid Oruc söyləyib ki, ermənilər tərəfindəna tılan bu addımın məqsədi Azərbaycan-Gürcüstan münasibətlərinə ziyan vurmaqdır: "Lakin biz Gürcüstanda iqtisadi gücüüzü artırmalı, onlara qarşı mübarizədə alternativ yollardan istifadə etməliyik". Milli Məclisin spikeri Oqtay Əsədov Gürcüstanda ermənilərin məskunlaşdığı ərazidə Qarabağ müharibəsində iştirak etmiş Mixail Avaqyana büstün qoyulması məsələsinə münasibət bildirib: "Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın səfirini nazirliyə dəvət edib. Azərbaycanın gürcüstandakı səfəri də həmin ölkənin Xarici İşlər Nazirliyində olub. Bu məsələ ilə bağlı iş gedir. Güman edirəm ki, gürcü hökuməti bu məsələyə diqqət edəcək və bu məsələlər öz həllini tapacaq".
Azərbaycana qarşı ikili standartlar tətbiq edilir
Millət vəkili Fəzail Ağamalı qeyd edib ki, Avropa institutları tərəfindən Azəraycan qarşı zaman-zaman ikili münasibətlərin göstərilir. Avropa Parlamenti bir müddət bundan əvvəl Azərbaycan qarşı ikili standart tətbiq etməsi bunu deməyə əsas verir. Nədəncə insan haqları ilə bağlı Avropa təsisatları Erəmistanda baş verənlərə münasibət bildirmir, susur, lakin Azərbaycanda baş verən ən xırda məsələləri şişirdərək tirajlamağa çalışır. Ermənistanda həm siyasi, həm də jurnalist fəaliyyəti ilə məşğul olan şəxsin həbsxanada ölməsi faktına toxunan deputat söyləyib ki, nədənsə Avropa Parlamenti bununla bağlı mövqe ortaya qoymaq istəmədi: "Necə olur ki, Rusiyaya qarşı Krımla bağlı bütün Qərb ayağa qalxır, sanksiya tətbiq edilir. Bu azmış kimi sanksiyalar getdikcə daha da sərtləşdirilir. Amma Ermənistanın Azərbaycan qarşı təcavüzü ilə bağlı heç bir addım da atılmır". F.Ağamalı qeyd edib ki, Milli Məclis Mehman Hüseynovu əlində bayraq edərək Azərbaycan qarşı "qətnamə" qəbul edən Avropa Parlamentinə baş verənlərlə bağlı etiraz məktubu göndərilməlidir. Azərbaycan inkişaf etdikcə, islahatlar dərinləşdikcə ölkəmizə qarşı hücumlar da genişlənir".
"Radikallar hakimiyyətə deyil, xalqa, Azərbaycan dövlətinə müxalifdirlər"
Millət vəkili Əli Hüseynli deyib ki, radikal müxalifətin "mitinq" keçirmək məqsədi nə Məhəmməd Əmin Rəsulzadənin, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmaq, ictimai siyasi sabitliyi pozmaqdır. O, bildirib ki, 2008-ci ildə "Sərbəst toplaşmaq haqqında" qanuna bununla bağlı dəyişiklik edilib və bu dəyişikliklər qanunsuz toplaşmaqla bağlı halların qarşısının alınmasına xidmət edir: "Hüquq mühafizə orqanları da asayişi pozmaq istəyənlərin qarşısını qanunun tələblərinə uyğun şəkildə almağı bacarır. Bunda başqa 2016-cı ilin payız sessiyasında Cinayət Məcəlləsinin 148-1 maddəsinə edilən dəyişikliklərə əsasən, internetdə saxta profillərdən istifadə edənlər üçün cəza tədbirləri müəyyənləşib. Hətta burada saxta profil istifadəçilərinə qarşı azadlıqdan məhrum etmə cəzası da tətbiq edilib. Lakin təcrübə göstərir ki, edilən dəyişiklilərin tətbiqi ilə bağlı müəyyən boşluqlar var". Deputat qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşünün ilə xalqımız tərəfindən yüksək qəbul olunduğunu deyən komitə sədri söyləyib ki, amma buna baxmayaraq radikal müxalifət internetdə şəhid ailələrini təhqir edir, dövlət başçısı ilə görüşmələrinə görə onları qınayırlar: "Xalqımız bilməlidir ki, həmin şəxslər hakimiyyətə müxalif deyillər, onlar xalqa, Azərbaycan dövlətinə nifrətlə yanaşırlar. Əgər zamanında heç olmasa öz yaşadıqları ərazini qoruya bilsəydilər bu qədər şəhid verməzdik. Naxçıvan blokada olsa da Ulu Öndər Heydər Əliyev oranı qorudu. Lakin bu insanlar isə heç öz kəndlərini belə qoruya bilmədilər". Deputat Zahid Oruc isə qeyd edib ki, Şəhidlər Xiyabanının aksiya məkanına çevirmək olmaz. Şəhidlər Xiyabanı millətin qürur, and və sükut yeridir: "Həmin məkanı heç bir halda aksiya məkanına çevirmək olmaz. Kimlərsə də bu müqəddəs məkanı aksiya yerinə çevirmək istəyirlərsə, çox böyük səhv edirlər. Onlara da ən böyük cəzanı şəhidlərin ruhu verəcək". Deputat Siyavuş Novruzov qeyd edib ki, bəzi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermirlər. Guya heç birinin maliyyə dövriyyəsi yoxdur. Əslində candüdən, köməkçi saxlayırlar. Millət vəkili bildirib ki, həmin partiyaların maliyyə mənbələri açıqlanmalıdır: "Partiyaların maliyyələşməsi ilə bağlı qaranlıq mənbələr ortaya çıxmalıdır. Bu mənbələr nəticəsində pulla adam tutur, ixtişaş yaradır, aksiya keçirirlər. Bütün bunların mənbəyi həmin şirədidir. Onlara maddi vəsaiti verən tərəf həm də tapşırığını verir. Onlar da vətən, dövlətçilik, xalqına qarşı tapşırığa əməl edir. Bu məsələnin qarşısı qəti şəkildə alınmalıdır". S.Novruzov onu da vurğulayıb ki, xaricdə oturub ermənilərin mənbələrinə işləyənlərə qarşı hamı birlikdə mübarizə aparmalıdır: "Bəzən onlar Milli Məclis haqqında söz deyir, digər həmkarlarımız yaxasını kənara cəkir ki, söz Siyavuş Novruzova, Bahar Muradovaya, Ziyafət Əsgərovaya deyilir. Onlar bir söz deyirsə biz 20 dəfə deməliyik. Birlikdə mübarizə aparmalıyıq".
"Sosial mediada əxlaqsız fikirlər səsləndirən şəxslər mütləq cəzalandırılmalıdır"
Deputat İqbal Məmmədov qeyd edib ki, bu gün vətənimizi sevməyən, ona düşmən münasibət bəsləyən saysız-hesabsız qüvvələr var və çox aktiv şəkildə fəaliyyət göstərirlər. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu tip qüvvələrin oyununa gələn, onların məkrli planlarına alət olan həmvətənlərimiz də var: "Tənqid normal və inkişaf üçün vacib şeydir. Ulu öndərimiz zamanında kütləvi informasiya sistemlərində senzuranı ləğv etməklə tənqidə yol açdı və bir çox sahənin inkişafına zəmin yaratdı. Ancaq təhqir yolverilməzdir. Media və ya sosial şəbəkələr vasitəsi ilə dövlət məmurlarını təhqir etmək, həyata keçirilən işlərə qarayaxmalar etmək kütləvilik xarakteri daşıdığı üçün mənəvi terrordan başqa bir şey deyil. Ürək ağrısı ilə qeyd edirəm ki, dövrümüzün yüksək intellekt və inkişaf vasitəsi olan interneti bizdə bəzi qüvvələr öz pis əməllərinin alətinə çevirib. Bütün bunlar seçicilərimizi, soydaşlarımızı, vətəndaşlarımızı olduqca narahat edir. Bir ölkəni təmsil edən, xalqın böyük əksəriyyətinin səs verməsi nəticəsində seçilmiş ölkə başçısını təhqir etmək o xalqı təhqir etməkdir və heç bir müstəvidə başucalığı deyil". Deputat qeyd edib ki, siyasi mübarizə, müxalifətçilik demokratiyanın bünövrə daşıdır: "Ancaq əxlaq çərçivəsindən kənara çıxılan istənilən mübarizə mənəviyyatsızlıqdır, əqidəsizlikdir. Bu gün ölkəmizdə aparılan islahatları görməmək, gözardı etmək mümkün deyil. Vətəndaşına, insanına, bu torpaq uğrunda canından keçmiş şəhidinə, onların varislərinə, müharibə əlillərinə, iştirakçılarına göstərilən qayğı, hörmət bəlkə də dünyanın heç bir ölkəsində Azərbaycan səviyyəsində deyil. Möhtərəm prezidentimiz tərəfindən son dövrlərdə imzalanmış fərman və sərəncamlara baxarkən, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması, onların mənzillərlə təmin olunması istiqamətində göstərişlərini, onlarla görüşü zamanı nümayiş etdirdiyi ehtiramı, nəzakəti müşahidə edərkən ölkəmiz adına qürur hissi yaşayırıq. Bizim onsuz da Ermənistan kimi düşmənimiz var və hamımıza bəllidir ki, bu düşmənin kifayət qədər xarici havadarları var". Milli Məclisin spikeri Oqtay Əsədov qeyd edib ki, sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır: "Mən xaricdə yaşayanları demirəm. Onların yazılarına baxanda adam xəcalət çəkir. Milli Məclisin üzvləri, dövlət rəhbərliyində çalışan insanlar haqqında ağızlarına gələni yazırlar. Təhqirə yol verənlərin qarşısının alınması haqqında düşünməliyik".
Uşaqlar da dəm qazından zəhərlənirlər
Deputat Elmira Axundova deyib ki, "Azəriqaz" evlərdə yeni sayğaclar quraşdırarkən dəm qazını xəbərdarlıq edən avtomatik xəbərdarlıq aparatları yerləşdirməlidir. Sayğaclar olan evlərdə isə bu aparatların quraşdırılması məcburi olmalıdır. Millət vəkili bildirir ki, son vaxtlar dəm qazından zəhərlənmə və partlayışlar nəticəsində bəzən bir ailə, bəzən uşaqlar dünyasını dəyişir: "Hesab edirəm ki, "Azəriqaz" Bakıdakı bütün tüstü-bacaların, qaz aparatlarının düzgün quraşdırılması ilə bağlı araşdırma aparlmalıdır. Bu tələblərə əməl etməyənlər konkret tədbirlər görülməlidir. Bəzi hallarda "Azəriqaz" əməkdaşları pozuntu aşkarlasa da, sərt tədbirlər görmür, təbii qazın verilişini dayandırmır. Növbəti dəfə aradan qaldırılmasını vətəndaşın ixtiyarına buraxır. Çox zaman isə problem həll edilmir, faciə ilə nəticələnir".
Alim