Bakılı aristokrat necə ilk tacik qəzetinin redaktoru oldu
12 Mart 2024 11:29 ƏdəbiyyatO, "Buxarai şərif" səhifələrində təhsildə islahat aparmaq, elmlə məşğul olmaq və mənəviyyat haqqında düşünməklə bağlı çağırışlar edirdi.
11 mart 1912-ci ildə ilk nömrəsi dərc edilən ilk tajik qəzeti "Buxarai şərif"in redaktoru əslən bakılı olmuşdur. Onun adı Mirzə Cəlal Yusifzadə idi və bir əsrdən də çox əvvəl öz qəzetinin səhifələrində təhsildə islahat aparmaq, elmlə məşğul olmaq və mənəviyyat haqqında düşünməklə bağlı çağırışlar edirdi.
Tacik mətbuatının haradan başlanması haqqında filologiya elmləri doktoru Şərif Mullayev bəhs edir.
Buxaralılar qəzeti "Qəflət" adlandırmağı təklif edirdilər.
Türkmənistanda və Buxarada tacik dlində dövrü mətbuat orqanı özbəkdilli mətbuatdan sonra yaranmışdır, çünki rəsmi nəşriyyat özbəkdilli idi.Tacik jurnalistliyi və publisistikası yalnzı XX əsrin əvvəllində inkişaf etməyə başladı.
Əvvəla, əslən Türküstan və Buxaradan olan olamn kənarda yaşayan müəliflərin, ziyalıların publisist əsərləri dərc olunmağa başladı. İkincisi, Türküstanda tacik-özbək və ya tacik-türk ikidilli mətbuat yarandı.
Üçüncüsü isə, nəhayət, Buxarada xalis tacik mətbuatı meydana gəldi.
Yeri gəlmişkən, Yeri gəlmişkən, tacik dilində mətbəənin yaranmasına Buxarada mədrəsə tələbələri arasında gizli şəkildə yayılan dövri nəşrlər kömək etdi. Bu nəşrlərdən birincisi "Molla Nəsrəddin" jurnalı idi. Satirik jurnal idi, illüstrasiyalarla həftəlik nəşr olunurdu.
Burada tənqidi xarakterli materiallar, o dövrün cəmiyyətin köhnə nizamını ələ salan felyetonlar, hekayələr, şeirlər dərc olunurdu. Maverannəhrin təşviqatçıları və müxbirləri jurnalla fəal əməkdaşlıq edirdilər: Siddiqi Adji, Sabit Manafzada, Əbdülvahid Münzim, Salman Mümtaz.
Maraqlıdır ki, hələ 1906-cı ildə həmin jurnal Buxara əhalisinin dövri mətbuata olan marağını qeyd edir və buxaralılarin gələcək qəzetinin "Qaflat" ("Gerilik") adlandırılmasını təklif edirdi.
1906-cı il aprelin 7-də Tiflisdə nəşr edilmişdir. Naşir və redaktoru Cəlil Məmmədqulizadə idi. 1912-ci ilin martına qədər fasiləsiz nəşr olunmuşdur. Daha sonra müəyəyn bir müddət ərində bağlanmışdır. 1913-cü ilin aprelində bərpa edilmişdir.
1941-ci ilin oktyabrında ikinci dəfə bağlandı. Qeyd etmək lazımdır ki, "Molla Nəsrəddin" jurnalı bütün Yaxın Şərq və Orta Asiyada yayılmış, demokratik mətbuatın yaranması və inkişafında mühüm rol oynamışdır.
"...Cədid ideyalarının təbliği vasitəsi kimi"
XX əsrin əvvəllərində Buxaranın mütərəqii adamları xaricdən gətirilən dövri mətbuatın kifayət etmədiyini anladılar və buna görə də tacik dilində öz mətbuatlarını yaratmağa qərar verdilər.
Gənc buxaralılar gündəlik qəzetə yeni (cədid) ideyaların təbliği və təşviqatının mühüm vasitəsi kimi böyük ümid bəsləyirdilər.
Məhz bu niyyətlə gənc buxaralıların təşəbbüsü ilə ilk tacik qəzeti "Buxarai Şərif" nəşr olundu. Beləliklə, kifayət qədər vəsait toplandıqdan sonra 1912-ci il martın 11-də bazar günü "Buxarai Şərif" ("Soylu Buxara") qəzetinin ilk nömrəsi işıq üzü gördü.
Qəzet Kaqanda L. N. Levinin (Levin) mətbəəsində tacik dilində (ərəb qrafikası), iri formatla dörd səhifədə çap olunurdu. 1912-ci il martın 11-dən 1913-cü il yanvarın 2-dək "Buxarai şərif" qəzetinin 153 nömrəsi nəşr olunmuşdur. Onun prioritet məsələsi tacik xalqını maarifləndirmək idi. Qəzetin ümumi rəhbərliyini Heydərrxoca Mirbədəlov həyata keçirirdi.
Qəzetin ilk sayının redaksiya məqaləsində nəşrin məqsədi belə ifadə olunurdu: "Qəzetimiz elmi, ədəbi, istiqamətli, predmetli, iqtisadi nəşr olmaqla sivilizasiyanın, birlik ideyasının yayılmasına çalışacaq."
Materialların əsas mövzuları yeni metodlu məktəblərin yaradılmasına, mədrəsələrdə tədris islahatlarına, kommersiya fəaliyyətinin yeni üsullarla tədrisinə həsr olunurdu.
"Buxarai Şərif" qəzeti maarifçilik funksiyasını yerinə yetirərək oxucularını dünyanın ən mühüm hadisələri, müxtəlif tarixi, coğrafi, ədəbi və digər problemlərlə tanış edirdi. Qəzetin səhifələrində bölgənin bir çox sosial həyat şəraiti kəskin tənqid olunurdu: 20-ci əsrin əvvəllərində iqtisadi böhran, xalqın yoxsulluğu və səfaləti, Buxara əhalisinin əksəriyyətinin savadsızlığı.
Qəzetdə başqa xalqların yazıçılarının əsərləri və hekayələri, xüsusən də tacik dilinə tərcümə olunmuş rus ədəbiyyatı nümunələri dərc olunurdu.
"Yerli xəbərlər" və "Türküstandan xəbərlər" rubrikalarında əmirliyin siyasi həyatından, Əmir Alimxanın səfərlərindən, Türküstanda ticarətin inkişafı ilə bağlı reportajlar və məqalələr dərc olunurdu. "Xaricdən gələn xəbərlər" bölməsi Buxara əhalisini İran, İraq, Əfqanıstan, Türkiyə, Çin və başqa ölkələrin xalqlarının həyatı ilə tanış edirdi.
1912-ci il iyulun 14-də "Buxarai Şərif" qəzetinə əlavə olaraq əmirliyin özbək əhalisi üçün özbək dilində "Turan" qəzeti həftədə iki dəfə nəşr olunmağa başladı. Həmin ilin sentyabrında "Turan" qəzeti müstəqil nəşrə çevrildi, bundan sonra həftədə üç dəfə müntəzəm olaraq nəşr olundu.
"Tərtib lazım əst" ("İntizam lazımdır")
Redaktor vəzifələri Azərbaycandan redaktor kimi dəvət olunmuş Mirzo Cəlal Yusufzadəyə həvalə edilmişdi. Redaksiya məqalələrinin əksəriyyəti onun idi. O, mütəmadi yazırdı: "Qəzetimiz sadə, əlçatan dildə, farsca nəşr olunacaq".
Tacikistanın "Buxarai Şərif" qəzetinin ilk redaktoru Mirzo Cəlal Yusufzadə 1862-ci ildə Azərbaycanın məşhur Şuşasında fars dili və tacik ədəbiyyatı üzrə böyük mütəxəssis Mirzə Əliəkbərin ailəsində anadan olmuşdur. Gələcək pedaqoq və publisist ilk təhsilini atasından almışdır.
Mirzo Cəlal Buxaraya gəlməmişdən əvvəl artıq "Molla Nəsriddin" jurnalının redaksiyasında fars dili şöbəsinə rəhbərlik edirdi. Həmçinin Bakı şəhərində Yusufzadə Mirzə Heydərovla birlikdə ömrü uzun olmayan iki qəzetin təsisçisi olmuşdu.
Mirzə Cəlalın səyləri sayəsində nəşr qısa zamanda hörmət qazandı. Təxminən. üçüncü sayından etibarən "Buxaradan məktub" və ya "Nömrəyə məktub" başlığı altında oxucuların müraciətlərini dərc etməyə başladı, bu müraciətlərdə qəzetə və onun mövzularına, hətta ayrı-ayrı işçilərə münasibət bildirildi.
Lakin əsas o idi ki, bütün məktublara baş redaktor özü cavab verirdi.
Mirzə Yusifzadə hesab edirdi ki, qəzetin əsas vəzifəsi ilk növbədə "...xalqı maarifləndirməkdir".
"Bizə elmə lazımdır, biz elmlə məşğul olmalıyıq", - deyirdi.
Onun əksər məqalələri şahidlik edir ki, Mirzə Cəlal Buxara əmirliyində humanitar cəmiyyətin əsasını maarif sahəsində dərin islahatlarda görürdü.
Müəllif "Tərtib lazım əst" ("İntizam lazımdır") məqaləsində təhsilin təkmilləşdirilməsi üçün aydın və düşünülmüş plan təklif edir və geniş təşəkkül tapmış tədris metodunun Buxara əmirliyində mədrəsə və məktəblərdə yayılmasını qeyd edirdi. Elm və təhsil problemi təkcə Mirzə Cəlalın deyil, bütün Buxara cədidçilərinin fəaliyyəti üçün əsas material idi.
Mirzə Cəlalın əsas köməkçisi Mirzə Sirac Hakim idi. Onlar Buxara əmirliyinin dünyanın inkişaf etmiş sivil dövlətlərindən birinə çevriləcəyinə, imkansız xalqının isə elm, mədəniyyət və dünyəvi təhsil sahibi olacağına ümidlə dolu idilər.
Mənəviyyat haqqında düşünün
Mirzə Cəlal əlçatan tacik dilində həyat həqiqətini, xalqın arzu və istəklərini, müasirlərini narahat edən ən aktual problemləri əks etdirən şeirlərini "Buxarai Şərif" qəzetinin səhifələrində dərc etdirmişdir.
Mirzə Cəlal hesab edirdi ki, nəinki cəmiyyət dərin böhranın içindədir, hətta bütün tacik poeziyası da heç də az olmayan dərin sarsıntılar yaşayır. Şair-pedaqoq bütün şövqü ilə sözünün gücünü bu mənəvi "xəstəliyi" müalicə etməyə, tacik ədəbiyyatında bu xəstəliyə qalib gəlməyə yönəltmişdi. Şairin həmkarlarına ünvanlamış, "Buxarai Şərif" qəzetinin 43-cü nömrəsində dərc olunmuş müraciətlərindən birini təqdim edirik:
... Çünki Leyli yalnız nağıllarda qaldı,
Yay kimi əyilmiş qaşlar və kirpiklərin oxları,
Sevginin ruhu bədəni tərk etmiş,
Və poeziyanın "dialekti" (üslubu) indi başqa cür olmuş...
... Gözəlliyin zahiri möcüzəsini unudun.
Mənəviyyata diqqət ayırın.
Yeni ideyaların daşıyıcıları - cədidçilər qəzetə böyük ümid bəsləyirdilər. Onun səhifələrində 200 məqalə dərc olunmuşdu - bunlar oçerk, esse, məqalə, söhbət, məktublara cavablar, reportajlar idi və bunların hamısını Mirzə Cəlal yazıb.
Bu qəzetin "Turan" əlavəsində daha bir neçə əsər dərc olunmuşdu. Onların hamısını praktiki olaraq bir problem - təhsil problemi birləşdirir. Mirzə Cəlal öz oxucularını elm öyrənməyə və bilik əldə etməyə, eləcə də başqa xalqların, Orta Asiya regionlarının, Qafqazın və Volqaboyu ölkələrinin mövcud təcrübəsindən istifadə etməyə çağırırdı.
Bu ideyalar geniş ictimai dəstək qazanırdı. Məsələn, Mahmud Xoca Behbudi həmkarını qəzetdə çıxışına görə salamlayır, həm də onun ideya və düşüncələrini özünün də təsisçilərindən biri olduğu Səmərqənddəki yeni üsul məktəblərinin həyatından götürülmüş nümunələrlə inkişaf etdirirdi...
"Buxarai Şərif" qəzeti qısa müddətdə öz oxucularını tapmiş və onların diqqətinə layiq görülmüşdür. Qəzetin əhali arasında nüfuzu artdıqca əmir hakimiyyəti ondan daha çox qorxmağa başladı. 1912-ci ilin dekabrında qubernatorun nümayəndəsi Petrov Buxara əmirindən qəzeti bağlamağı xahiş etdi. Əmir Alimxan sevinərək razılaşdı və "Turan" və "Buxarai şərif" qəzetlərinin bağlanması haqqında fərman verdi. Beləliklə, "Buxarai Şərif"in 1913-cü il yanvarın 2-də 153 nömrəsi çapdan çıxdıqdan sonra qəzetin nəşri dayandırıldı...
Tərcümə etdi: Könül Aydın Nəhmətova
Azərbaycan respublikasının Təhsil İnstitutu, şöbə müdiri,
Filologiya üzrə fəlsəfə doktoru