Finlandiyada Ukrayna dronları ilə bağlı məxfi məlumat qalmaqalı -ÖZƏL 

Finlandiya hökumətinin Ukraynanın mayın 15-də ölkə istiqamətinə səhvən hücum dronları göndərməsi ilə bağlı məxfi məlumatı açıqlaması ölkədə müzakirələrə səbəb olub. Olaylar.az xəbər verir ki, bu barədə Finlandiya Parlamentinin Xarici İşlər Komitəsinin sədri Yohannes Koskinen məlumat verib. Onun sözlərini "Helsingin Sanomat" qəzeti yayıb.
Koskinen bildirib ki, komitəyə dron təhlükəsi barədə məlumat təqdim edilsə də, həmin məlumatın mənbəyi açıqlanmayıb.
"Bizə dron təhlükəsi ilə bağlı məlumatın mənbəyi deyilməyib. Bizə bildirilib ki, bu məlumat məxfi saxlanılır və onun açıqlanması gələcəkdə oxşar məlumatların əldə edilməsini təhlükə altına sala bilər", - deyə o qeyd edib.
Parlamentari vurğulayıb ki, hakimiyyət orqanları Finlandiyanın təhlükəsizliyi ilə bağlı bütün məlumatları komitəyə təqdim etməlidir. Onun sözlərinə görə, əks halda komitə üzvləri hökumətin addımlarını və qəbul etdiyi qərarlarla bağlı riskləri obyektiv qiymətləndirə bilməzlər.
Məsələ Finlandiyada milli təhlükəsizlik və parlament nəzarətinin səmərəliliyi ilə bağlı sualları yenidən gündəmə gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31