Ermənistan müxalifəti hakimiyyəti hədəf aldı: "Həqiqəti dediyimiz üçün hamını həbs edirlər" ÖZƏL
15:58 DünyaOlaylar.az xəbər verir ki, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan Ararat vilayətinin Masis şəhərində seçicilərlə görüşündə ölkə rəhbərliyini sərt tənqid edib. Təntənəli şəkildə qarşılanan partiya sədri bildirib ki, Ermənistan hakimiyyəti müxalifətin doğruları dediyini gördükdən sonra insanları kütləvi şəkildə həbs etməyə və əmlaklarını əllərindən almağa başlayıb.
Ölkədəki mövcud "dağıtmaq, həbs etmək və müsadirə etmək" çağırışlarının xarici investisiyaların qarşısını kəsdiyini vurğulayan Tsarukyan, qanuni sahibkarların təqib olunduğunu qeyd edib. O, hakimiyyətin təzyiqlərinə baxmayaraq, xalqın onlara güvəndiyini və öz Vətənini heç bir mülkə dəyişməyəcəyini bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31