Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan-ın qızı Sümeyye Ərdoğan və Selçuk Bayraktar ailəsində üçüncü övlad dünyaya gəlib.

Milli.Az xəbər verir ki, cütlüyün ailəsinə yeni qız uşağının qoşulması ilə Rəcəb Tayyib Ərdoğan-ın nəvələrinin sayı 10-a yüksəlib.

2016-cı ildə ailə həyatı quran Bayraktar ailəsi bundan əvvəl Canan Aybüke və Asım Özdemir adlı iki övlad sahibi idi və indi üçüncü övladın doğulması ilə ailə daha da genişlənib.

Qeyd edək ki, Esra Albayrak və Berat Albayrak cütlüyünün dörd, Bilal Ərdoğan və Reyyan Ərdoğan ailəsinin isə üç övladı var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31