Lökbatanda su KƏSİLİR - Bu tarixədək
15:07 SosialQaradağ rayonunun Lökbatan qəsəbəsində suyun verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, yeni çəkilən su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar olaraq 2 iyun gecə saatlarından 4 iyun günorta saatlarınadək qəsəbəyə içməli suyun verilməsi dayandırılacaq.
Qeyd olunub ki, işlər başa çatdıqdan sonra su təchizatı mərhələli şəkildə bərpa ediləcək.
ADSEA yaranan müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edib və buna görə təşəkkürünü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31