Dünya
Məhkəmədə faciə
İngiltərənin Hall şəhərindəki Kral Məhkəməsinin (Hull Crown Court) binası qarşısında faciə yaşanıb. 32 yaşlı Heyli Qaskoyn boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdi. İclas zamanı o qəflətən ürəyini tutaraq yerə yıxılıb.
Burnunu kəsdirən 17 yaşlı qız əməliyyatdan sağ çıxmadı
Türkiyədə 17 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib. Bədbəxt hadisə Qaziantepdə baş verib.
Suriya münaqişəsi ilə bağlı Cenevrə danışıqlarının vaxtı dəyişib
Suriya münaqişəsinə dair Cenevrə danışıqları fevralın sonunadək təxirə salınıb. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya müxalifətinin nümayəndələri ilə görüşü zamanı deyib. “Astanada keçirilən danışıqlarda aydın şəkildə bildirilib ki, münaqişənin siyasi nizamlanması istiqamətində səylər BMT-nin himayəsi altında keçirilən Cenevrə danışıqlarına töhfə verəcək”, - deyə o vurğulayıb.
Rusiya XİN: Tramp administrasiyası ilə dialoqa hazırıq
Moskva ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası ilə tam dialoqa hazırdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Ermənistan müdafiə nazirindən İrana KRİTİK SƏFƏR
Ermənistanın müdafiə naziri Viqen Sarkisyan yaxın günlərdə İrana səfər edəcək. Bu barədə Sarkisyan özü jurnalistlərə açıqlamasında bildirib.
Zaxarova Lavrovun Məmmədyarov və Nalbandyanla görüşünü şərh edib
"Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasındakı görüş konstruktiv keçib". Bunu Moskvada brifinq zamanı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, görüş zamanı Dağlıq Qarabağla bağlı konkret təkliflər və danışıqların istiqaməti müzakirə olunub. M.Zaxarova onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya tərəfinin nümayəndələri ilə görüşlər bundan sonra da davam etdiriləcək.
ABŞ və Britaniya dəyişir: "İraqsayağı müharibələr" olmayacaq
Britaniyanın hazırda ABŞ-da səfərdə olan baş naziri Tereza Mey ABŞ və Britaniyanın bundan sonra da dünyanı öz təsəvvürlərindəki kimi qurmaq məqsədilə keçmişdə etdikləri səhvləri təkrarlamayacaqlarını deyib.
İŞİD-in 22 üzvü ələ keçdi
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi Fırat Qalxanı Hərəkatında 22 terrorçu zərərsizləşdirilib. Suriyanın şimalında həyata keçirilən əməliyyatlar zamanı İŞİD terror təşkilatına mənsub olan 272 mövqe hədəfə alınıb, 22 terrorçu ələ keçirilib.
Nazir Həsən Ruhaniyə xüsusi məktub gətirib
27 yanvar tarixində Kuveytin Xarici İşlər Naziri Sabah Xalid Əs Sabahın İrana səfəri başlayıb. Əs Sabahın Tehranda İranlı həmkarı Mühəmməd Zavad Şəriflə görüşəcəyi bildirilir. Kuveytli nazirin İran prezidenti Həsən Ruhaniyə xüsusi məktub gətirdiyi gələn xəbərlər sırasındadı. Kuveytin İran və Körfəz Səltənətləri – Səudiyyə Ərəbistan ilə dialoqda vasitəçilik edəcəyi ehtimal olunur.
ABŞ generalı: "Rusiya lazer silahla p eyklərimizi vurmaq istəyir"
"Rusiya bu gün kosmosdakı peyklərin məhv edilməsi üçün müxtəlif qurğular, o cümlədən lazer silahları yaradır".
"Reina" terrorçusu: "Oğlumla görüşə bilsəydim..."
"Reina" terrorçusu Maşaripovun polisə verdiyi ilk ifadədə: "Oğlumla görüşə bilsəydim, İzmir və Hatay vasitəsi ilə Suriyaya qaçmağı planlaşdırırdım", - deyib.
Rusiyada naməlum şəxslər qızıl mağazasını qarət ediblər
Rusiyanın paytaxtı Moskvada 4 naməlum şəxs qızıl mağazasını qarət ediblər. Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Polis əməkdaşları soyğunçuların axtarışını aparır. Bu barədə Trend.az "RİA Novosti"yə istinadən xəbər verir.
Tramp Putinlə danışmaq istəyir - YENİLƏNİB
ABŞ prezidenti Donald Tramp həftəsonu rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmək niyyətindədir. Bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
Ermənistanda növbəti əsgər ölümü baş verib
Ermənistan ordusunun hərbi hissələrinin birində müddətli hərbi qulluqçu ölüb. Bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb.
Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkiləri vaxtı dəyişdirilə bilər
Ermənistan prezidenti Serj Sarkisyan bu il aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təxirə salınmasının əleyhinə olmadığını açıqlayıb. Bu barədə S. Sarkisyan rəhbərlik etdiyi partiyanın toplantısında bildirib. “Son günlər ölkənin siyasi səhnəsində parlament seçkilərinin aprelin 2-də keçirilməsi ilə bağlı fikir ayrılıqları var. Bizim hüquqşünasların bunun hüquqi nöqteyi-nəzərdən effektiv qərar olmasına dair əsasları var. Bununla bağlı ekspertlərin rəyi təqdim olunacaq. Eyni zamanda, parlament seçkilərinin bir neçə gün sonra keçirilməsinə heç nə mane olmur", - deyə o qeyd edib.














