Suriya münaqişəsi ilə bağlı Cenevrə danışıqlarının vaxtı dəyişib

Suriya münaqişəsinə dair Cenevrə danışıqları fevralın sonunadək təxirə salınıb. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya müxalifətinin nümayəndələri ilə görüşü zamanı deyib.   “Astanada keçirilən danışıqlarda aydın şəkildə bildirilib ki, münaqişənin siyasi nizamlanması istiqamətində səylər BMT-nin  himayəsi altında keçirilən Cenevrə danışıqlarına töhfə verəcək”, - deyə o vurğulayıb.

Suriya münaqişəsinə dair Cenevrə danışıqları fevralın sonunadək təxirə salınıb. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya müxalifətinin nümayəndələri ilə görüşü zamanı deyib.   "Astanada keçirilən danışıqlarda aydın şəkildə bildirilib ki, münaqişənin siyasi nizamlanması istiqamətində səylər BMT-nin  himayəsi altında keçirilən Cenevrə danışıqlarına töhfə verəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, yanvarın 23-24-də Astanada Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hökumət nümayəndələrinin silahlı müxalifətin təmsilçiləri ilə danışıqları olub. Astana görüşünün yekunlarına dair  Moskva, Ankara və Tehran Suriyada atəşkəsin riayət olunmasına dair üçtərəfli mexanizmin yaradılması barədə razılığa gəlib.  Bu barədə Apa.az "lenta.ru" saytına istinadənxəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31