Məhkəmədə faciə
İngiltərənin Hall şəhərindəki Kral Məhkəməsinin (Hull Crown Court) binası qarşısında faciə yaşanıb. 32 yaşlı Heyli Qaskoyn boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdi. İclas zamanı o qəflətən ürəyini tutaraq yerə yıxılıb.
27 Yanvar 2017 13:33 Dünya4 uşaq anasının ürəyi yatdı
İngiltərənin Hall şəhərindəki Kral Məhkəməsinin (Hull Crown Court) binası qarşısında faciə yaşanıb. 32 yaşlı Heyli Qaskoyn boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdi. İclas zamanı o qəflətən ürəyini tutaraq yerə yıxılıb. Hadisə yerinə çağırılmış təcili yardım heyəti H.Qaskoynu məhkəmə binasından çıxararaq "Hull Royal Hospital"a aparıb. Reanimasiya bölməsinə yerləşdirilən H.Qaskoyn həkimlərin bütün səylərinə rəğmən, keçinib. Bu barədə Milli.Az The İndependent-ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31


