Dünya
Rusiya və Türkiyə İŞİD-ə qarşı birgə əməliyyat keçirib
Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Hələb əyalətində İŞİD terror qruplaşmasına qarşı birgə əməliyyat keçiriblər.
Adi lazerdən 10 dəfə güclü lazerin sınağı keçirilib
Çexiya və Britaniya beynəlxalq alimlər qrupu “Bivoj” lazerinin uğurlu sınağını başa çatdırıb. Min vatt gücə malik lazer oxşar tipli lazerlərdən 10 dəfə güclü olması ilə fərqlənir. Britaniya “Central Laser Facility” tədqiqat müəssisəsinin rəhbəri Con Kolyerin sözlərinə görə, bu, böyük əhəmiyyətə malik yeni dünya rekordudur. “Ən vacibi odur ki, burada hazırlanan bütün texnologiyalardan oxşar güclü lazer qurğularının yaradılması üçün də istifadə etmək mümkün olacaq”, - o qeyd edib.
Uşaqların kompüter qarşısında keçirəcəkləri vaxt məlum olub
Böyük Britaniya alimləri uşaqların və yeniyetmələrin sağlamlığına ziyanın qarşısını almaq üçün onların gün ərzində kompüter qarşısında keçirə biləcəkləri vaxtı açıqlayıblar.
“Windows” sistemində internet brauzerlərinə aid boşluqların sayı məlum olub
“Windows” əməliyyat sistemində aşkarlanan boşluqların 40 faizindən çoxu internet brauzerlərinə məxsusdur. Bu barədə “Eset” antivirus şirkətinin hesabatında deyilir.
Alimlər akkumulyatorların şarjını daha sürətli doldurmaq üsulunu tapıblar
Bir çox prosessor istehsalçıları (həmçinin “Qualcomm” və “MediaTek”) öz məhsullarını sürətli enerjidoldurma funksiyası ilə təchiz edirlər. Bununla belə artıq yaxın vaxtlarda mobil qurğu akkumulyatorlarının enerjidoldurma prosesi daha sürətli ola bilər. Bat və İllinoys universitetlərində keçirilmiş sınaqların nəticələrinə əsaslanan “Nature Communications” nəşriyyatı belə qənaətə gəlib. Sınaqlar zamanı manqan iki oksiddən hazırlanmış akkumulyatorların tunel strukturlarına enerji ilə doldurulmuş kalium əlavə edilib.
Günəş enerjisi ilə işləyən qulaqcıq təqdim olunub
“Bluetooth” simsiz rabitə funksiyası ilə təchiz edilən qulaqcıqlar avtonomluq istisna olmaqla simli modellərdən bir sıra üstünlüklərə malikdirlər. Oxşar aksessuarları orta hesabla gündə bir dəfə enerji ilə doldurmaq lazım gəlir. “Sola” şirkəti bu problemi həll etmək qərarına gələrək eyniadlı qarnitura enerji toplamaq üçün kiçik günəş paneli əlavə edib.
Rusiya ŞOKDA - Məşhur oliqarx HƏBS EDİLDİ
Rus kiber təhlükəsizlik şirkəti "Kaspersky Lab"ın istintaq vahidi idarəçisi Ruslan Stoyanov həbs olunub. Rusiyanın "Kommersant" qəzeti Stoyanovun vətənə xəyanət ittihamı ilə həbs olunduğunu yazıb. Xəbərdə Stoyanovun Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə aktiv əməkdaşlıq etdiyinin açıqlandığı və həbs olunmasının FSB-nin rəhbər şəxslərindən biri ilə əlaqəsiylə bağlı ola biləcəyi bildirilib.
İntiharın səbəbi 7 il sonra üzə çıxdı - Burcu ölümündən bir neçə dəqiqə öncə... -
Antalyada 7 il əvvəl özünü yaşadığı binanın eyvanından atarq intihar edən 22 yaşlı modelin ölüm səbəbi ortaya çıxıb. Burcu Çağlayana ölümündən qısa bir müddət əvvəl təcavüz edildiyi ortaya çıxıb. Təcavüz etməkdə təqsirləndirilən turizm şirkəyinin rəhbəri Başer Ö. haqqında iddia qaldırılıb.
Məşhur aktrisa vəfat etdi
Hollivud aktrisası Meri Tayler Mur 80 yaşında vəfat edib. Murun öz evində vəfat etdiyi bildirilir. Aktrisanın hansı səbəbdən öldüyü hələ ki, açıqlanmır.
"Başqa kişilərlə mənə xəyanət etdi, oğluma görə susdum"
Bu yaxınlarda aktrisa Şükran Ovalı ilə evlənən futbolçu Caner Erkin keçmiş xanımı Asena Atalayı sərt tənqid edib.
Beynin daha bir sirri açıldı: Niyə bizdə inkişaf edib, meymunlarda yox?
İnsan beyninin başqa canlılarla müqayisədə müstəsna olması fikrindən uzaqlaşmaq lazımdır. Bu sözləri Vanderbilt Universitetinin alimi, beyinlə bağlı keçirilən araşdırmaya rəhbərlik edən Suzana Herculano-Houzel deyib.
Ebru 4 il əvvəl boşandığı əri ilə İsveçrədə
Türkiyəli model Ebru Şallı keçmiş əri, iş adamı Harun Tanla İsveçrədə tətilə çıxıb. 2013-cü ildə boşanan cütlük uşaqları Beren və Parsa görə bir araya gəliblər. O, ailəvi fotoları sosial şəbəkədə paylaşıb. Bu barədə Milli.az "Kelebek"ə istinadla xəbər verir.
Telefon kitabçasından 200-dən çox şəxsin "qatili"nin nömrəsi çıxdı - VİDEO
Jurnalist Nedim Şener "Reina" hücumunu həyata keçirən İŞİD-çi terrorçu ilə əlaqədar əhəmiyyətli açıqlamalar verib. Şener "Reina" terrorçusu ilə birlikdə ələ keçən telefon siyahısından FETÖ-çü mayor ilə əlaqədar məlumatların çıxdığını iddia edir.
Yıldırım: Bu, Türkiyənin terrorizmə qarşı mübarizəsinə müsbət təsir edəcək
Suriyada sülhün bərpa olunması Türkiyənin terrorizmə qarşı mübarizəsinə müsbət təsir edəcək. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Yunanıstan məhkəməsi bu ölkəyə qaçmış hərbçiləri Türkiyəyə təhvil verməkdən imtina edib
Yunanıstan Ali Məhkəməsi 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyədən helikopterlə bu ölkəyə qaçan hərbçilərlə bağlı yekun qərarını açıqlayıb. Məhkəmə hərbçilərin Türkiyəyə ekstradisiya edilməməsi barədə qərar çıxarıb.














