Məşhur aktrisa vəfat etdi
Hollivud aktrisası Meri Tayler Mur 80 yaşında vəfat edib. Murun öz evində vəfat etdiyi bildirilir. Aktrisanın hansı səbəbdən öldüyü hələ ki, açıqlanmır.
26 Yanvar 2017 19:05 DünyaHollivud aktrisası Meri Tayler Mur 80 yaşında vəfat edib. Murun öz evində vəfat etdiyi bildirilir. Aktrisanın hansı səbəbdən öldüyü hələ ki, açıqlanmır.
Qeyd edək ki, 2011-ci ildə Meri beyin əməliyyatı keçirmişdi. Xatırladaq ki, Meri Tayler Mur dəfələrlə nüfuzlu "Emmi" və "Qızıl qlobus" mükafatlarına layiq görülüb. 1992-ci ildə aktrisanın adı "Hollivud Məşhurlar Xiyabanı"nda həkk olunub. Bu barədə Axşam.az xarici KİV-ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31