Rusiya və Türkiyə İŞİD-ə qarşı birgə əməliyyat keçirib

Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Hələb əyalətində İŞİD terror qruplaşmasına qarşı birgə əməliyyat keçiriblər.

Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Hələb əyalətində İŞİD terror qruplaşmasına qarşı birgə əməliyyat keçiriblər. Əməliyyat Əl-Bab yaşayış məntəqəsinin yaxınlığında keçirilib. Nəticədə üç komanda məntəqəsi və rabitə qovşağı, habelə terrorçuların bir neçə dayaq  məntəqəsi məhv edilib.  Məlumata görə, birgə əməliyyatSuriya tərəfi ilə razılaşdırılıb.  Əməliyyata Rusiya tərəfindən SU-24M bombardmançı və SU-35C qırıcı təyyarələri, Türkiyə tərəfindən isə F-16 və F-4 çoxfunksiyalı qırıcıları təyyarələri cəlb olunub. Bu barədə APA.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31