Tramp Putinlə danışmaq istəyir - YENİLƏNİB
ABŞ prezidenti Donald Tramp həftəsonu rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmək niyyətindədir. Bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
27 Yanvar 2017 11:30 DünyaABŞ prezidenti Donald Tramp həftəsonu rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmək niyyətindədir. Bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib. Tramp vurğulayıb ki, Vladimir Putin ona seçkilərdə qalib gəldikdən sonra zəng edib: "Bizdə hələ müzakirələr olmayıb, amma bildiyimə görə tezliklə olacaq". "NBC" telekanalının əməkdaşı Helli Cekson ABŞ administrasiyasında olan mənbələrə istinadən xəbər verir ki, telefon danışığı 28-29 yanvar tarixlərində baş tutacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı şənbə günü baş tuta bilər. Azvision.az
***
ABŞ prezidenti Donald Tramp yaxın günlərində Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışmaq niyyətindədir. Bu barədə NBC kanalının korrespondeti Helli Cekson "Twitter"dəki səhifəsində ABŞ-ın administrasiyasındakı mənbələrə istinadən yazıb.
H.Cekson yazıb: "Prezident Tramp və Vladimir Putin, administrasiyadakı mənbəyə əsasən, bu həftəsonu, gözlənildiyi kimi, telefonla danışacaqlar. Bu andiçmədən sonra ilk zəng olacaq". Bu barədə Trend.az "RİA Novosti"yə istinadən xəbər verir.