Burnunu kəsdirən 17 yaşlı qız əməliyyatdan sağ çıxmadı

Türkiyədə 17 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib. Bədbəxt hadisə Qaziantepdə baş verib.

Türkiyədə 17 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib. Bədbəxt hadisə Qaziantepdə baş verib.  Yanvar ayının 17-də 17 yaşlı Kübra adlı qız burnundan əməliyyat olmaq üçün xəstəxanaya yatırılıb. O, əməliyyatdan sonra 10 saat müddətində gözlərini açmayıb.  Bunu görən həkimlər qızı reanimasiya şöbəsinə aparıblar. 10 gün komada qalan qız bu gün həyatını itirib. Bu barədə Milli.az "Haberler"ə istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31