Rusiya XİN: Tramp administrasiyası ilə dialoqa hazırıq

Moskva ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası ilə tam dialoqa hazırdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Moskva ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası ilə tam dialoqa hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.  "O ki qaldı ABŞ-ın yeni prezident administrasiyası ilə bizim qarşılıqlı fəaliyyət strategiyamıza, bir daha təkrar edirəm ki, biz administrasiyanın sonadək formalaşmasını, əsas nazirlərin təyinatını gözləyirik və tam dialoqa hazırıq", - deyə Rusiya XİN-in sözçüsü qeyd edib.  Xatırladaq ki, yanvarın 28-də ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olacaq.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31