Dünya

Məşhur aktyorun müsəlmanlarla bağlı çıxışı hamını AYAĞA QALDIRDI - VİDEO

30 Yanvar 2017 15:36

Eşton Katçer Donald Trampın müsəlmanlara qarşı siyasətini tənqid edib. Daha bir Hollivud aktyoru ABŞ prezidentinin mübahisəli sərəncamı haqqında nitq söyləyib. 38 yaşlı Eşton Katçer Kinoaktyorlar Gildiyası mükafatlarının təqdimetmə mərasimində ABŞ-ın yeni prezidentinin 7 müsəlman dövlətlərinin vətəndaşlarına ölkəyə girişi qadağan etdiyi sərəncam haqqında sərt çıxış edib.

Oğrunun rahat davranışı görənləri təəccübləndirdi - VİDEO

30 Yanvar 2017 15:08

Türkiyənin Şişli bölgəsində bir alış-veriş mərkəzində (AVM) yaşanan oğurluq anı kameralara düşüb. 

Küçədə qadınların VİDEOsunu çəkən manyak tutuldu- Video

30 Yanvar 2017 14:57

Küçədə gördüyü qadınların fotolarını və videolarını çəkərək sosial şəbəkə hesabında paylaşan - təhlükəsizlik işçisi olduğu müəyyən edilən Öndər Y. adlı manyak kameralara düşüb.

Türkiyənin Liviyadakı səfirliyinin fəaliyyəti bərpa edildi

30 Yanvar 2017 14:51

Türkiyənin Liviyadakı səfirliyi yanvarın 30-dan etibarən ölkə paytaxtı Tripolidə yenidən fəaliyyətə başlayıb.

Erməni əsilli nazirə 2 ay vaxt verildi

30 Yanvar 2017 14:35

Ukraynanın daxili işlər naziri Arsen Avakova qarşı siyasi təzyiqlər artıb. Bu barədə məlumatı Ukraynanın "Vesti" nəşri yazıb.

Tbilisidə GÜCLÜ YANĞIN - Paytaxt qara tüstüyə bürünüb

30 Yanvar 2017 14:18

Gürcüstanın paytaxtı Tbilisi qara tüstüyə bürünüb. Səhərə yaxın Tbilisinin mərkəzi "Dinamo" stadionunun yaxınlığındakı "Uşaq aləmi" mağazalar şəbəkəsində yanğın baş verib. Alov ikimərtəbəli ticarət mərkəzindən yaxınlıqdakı "Qızıl dünyası" mağazalar şəbəkəsinə keçib.

Türkiyədə 100-dən çox qeyri-leqal mühacir saxlanıldı

30 Yanvar 2017 14:16

Türkiyənin Çanaqqala vilayətində qeyri-leqal yolla Avropaya keçməyə çalışan 118 pakistanlı mühacir saxlanılıb

Kanada ABŞ-a buraxılmayan miqrantları qəbul etməyə hazırdır

30 Yanvar 2017 13:56

Kanada ABŞ prezidenti Donald Trampın ölkəyə girişin məhdudlaşdırılması haqqında fərmanı ilə əlaqədar kənarda qalan miqrantlara müvəqqəti sığınacaq verməyə hazırdır.

Ermənistanda prokuror vəkilləri döydü

30 Yanvar 2017 13:31

Ermənistanın Armavir vilayətinin ümumi yurisdiksiyalı məhkəməsində vəkillər Qayan Lyudvikyan vəQeorqi Melikyana hücum edən prokuror Koryun Nersisyana qarşı intizam icraatı başlanılıb.

Tacikistanda qar uçqunları nəticəsində yeddi nəfər həlak olub

30 Yanvar 2017 13:08

Son iki sutka ərzində Tacikistanın dağlıq ərazilərində yağan aramsız qar bir sıra ciddi problemlər yaradıb. Tacikistanın Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, baş vermiş qar uçqunları nəticəsində yeddi nəfər həlak olub.

İris 2017-nin gözəli seçildi TAC SAHİBİ

30 Yanvar 2017 13:05

“Dünya gözəli” yarışmasının budəfəki qalibi 23 yaşlı fransalı İris Mittenar oldu. Hər il keçirilən müsabiqə bu dəfə Filippinin paytaxtı Manilada baş tutub.

Bəşər Əsədi zəhərləyiblər İDDİA

30 Yanvar 2017 13:01

Bir neçə gündür ki, Suriya Prezidenti Bəşər Əsədin iflic olması barədə yayılan xəbərlər ətrafında daha bir məlumat dünya informasiya agentlikləri sırasında yer alıb. SİA xəbər verir ki, hələ dörd gün öncə, bir sıra ciddi xəbər agentlikləri Əsədin səhhətinin pisləşidiyini bildirərək, onun Dəməşqdəki Meşfe əl Şam xəstəxanasına yerləşdirilməsini yazırdılar. Xüsusilə, prezidentə yaxın “Əl Həyat” qəzeti Əsədin yüksək təzyiqinin olduğunu, bu səbəbdən görmə qabiliyyətini demək olar ki, itirdiyini yazsa da, onun ardınca,"Əl-Cəzirə" telekanalının jurnalisti Faysal Qasım Bəşər Əsədin komaya düşdüyünü və ya klinik ölüm keçirdiyini iddia edib.

Ermənilər "konyak diplomatiyası" ilə heç nəyə nail olmayacaqlar Millət vəkili

30 Yanvar 2017 13:00

“Ermənistanın AŞPA-dakı nümayəndə heyəti hər sessiya zamanı Azərbaycana qarşı qarayaxma kampaniyalarının davamı kimi müxtəlif vasitələrdən istifadə etməyə çalışır. Artıq avropalı deputatlara da ermənilərin yalanları, böhtanları yaxşı məlumdur”. Bunu AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

Rusiya ilə münasibətlərin bərpası məsələsinə qayıda bilərik

30 Yanvar 2017 12:31

“Tiflis Moskva ilə müəyyən şərtlər altında diplomatik münasibətlərin bərpası məsələsinə qayıda bilər”. Bunu Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze  deyib.  “Rəsmi Tiflis Cenevrə formatında danışıqları və Praqada praktiki məsələlər üzrə dialoqu davam  etdirməyə hazırdır”, - deyə o bildirib.