Tacikistanda qar uçqunları nəticəsində yeddi nəfər həlak olub

Son iki sutka ərzində Tacikistanın dağlıq ərazilərində yağan aramsız qar bir sıra ciddi problemlər yaradıb. Tacikistanın Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, baş vermiş qar uçqunları nəticəsində yeddi nəfər həlak olub.

Qar uçqunları nəticəsində Düşənbə-Xocənd, Xaroq-Murqab magistral yolları bağlanıb. Yollarda olan 150 minik, 50 yük maşını təhlükəsiz yerlərə aparılıb.

Düşənbə-Xaroq-Murqab (Dağ Bədəxşan Muxtar vilayəti) yolunda isə 200 maşın hələ də uçqunların mühasirəsindədir.

Təbii fəlakətin qarşısının alınması ilə bağlı qərargah yaradılıb, maşınların və insanların xilas edilməsi istiqamətində iş aparılır. AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31