Türkiyənin Liviyadakı səfirliyinin fəaliyyəti bərpa edildi
Türkiyənin Liviyadakı səfirliyi yanvarın 30-dan etibarən ölkə paytaxtı Tripolidə yenidən fəaliyyətə başlayıb.
30 Yanvar 2017 14:51 DünyaTürkiyənin Liviyadakı səfirliyi yanvarın 30-dan etibarən ölkə paytaxtı Tripolidə yenidən fəaliyyətə başlayıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.
Məlumata görə, Liviyadakı hadisələrdən sonra səfirlik Tunisdə fəaliyyət göstərirdi. Ancaq bununla belə, Türkiyənin Misurata şəhərində Baş Konsulluğu var idi.
Türkiyənin Liviyadakı səfiri Ahmet Aydın Doğandır. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31