Küçədə qadınların VİDEOsunu çəkən manyak tutuldu- Video
Küçədə gördüyü qadınların fotolarını və videolarını çəkərək sosial şəbəkə hesabında paylaşan - təhlükəsizlik işçisi olduğu müəyyən edilən Öndər Y. adlı manyak kameralara düşüb.
30 Yanvar 2017 14:57 DünyaKüçədə gördüyü qadınların fotolarını və videolarını çəkərək sosial şəbəkə hesabında paylaşan - təhlükəsizlik işçisi olduğu müəyyən edilən Öndər Y. adlı manyak kameralara düşüb. Sultanbeyli rayonu Təhlükəsizlik İdarəsi Asayiş Büro qruplarının axtarışı nəticəsində ələ keçən şəxs polis idarəsinə aparılıb.
Öndər Y. -nin sosial şəbəkə hesabları araşdırılmağa başlanılıb.
Edilən araşdırmalar zamanı Öndər Y. -nin 4 fərqli qəsəbədə küçədə gördüyü qadınların foto və videolarını çəkərək sosial şəbəkədə paylaşdığı təsbit edilib.
Bundan sonra polis qrupları sosial şəbəkə manyakının video və foto çəkdiyi ərazilərdəki təhlükəsizlik kameralarını araşdırıb. Edilən kamera araşdırmaları nəticəsində pozğunun sözügedən görütüləri ortaya çıxıb.
Kameralara əks olunan görüntülərdə Öndərin sinəsinə doğru tutduğu telefonundan qarşısında gedən qadınların görüntüsünü çəkərək yeridiyi əks olunur. Bu barədə Milli.Az hürriyet-ə istinadən xəbər verir.