Ermənistanda prokuror vəkilləri döydü
Ermənistanın Armavir vilayətinin ümumi yurisdiksiyalı məhkəməsində vəkillər Qayan Lyudvikyan vəQeorqi Melikyana hücum edən prokuror Koryun Nersisyana qarşı intizam icraatı başlanılıb.
30 Yanvar 2017 13:31 DünyaErmənistanın Armavir vilayətinin ümumi yurisdiksiyalı məhkəməsində vəkillər Qayan Lyudvikyan vəQeorqi Melikyana hücum edən prokuror Koryun Nersisyana qarşı intizam icraatı başlanılıb. Dekabrın 13-də cinayət işi üzrə keçirilən iclasda prokuror Koryun Nersisyan vəkilllərə hücum çəkib, onların üzərinə mikrofon atıb. Prokuror vəkilləri iclasdan sonra "söhbət etməyə" çağırıb.
Məlumata görə, məhkəmənin qərarı ilə prokuror cinayət işində iştirakdan kənarlaşdırılıb. Eyni zamanda Ermənistan Baş prokurorluğu tərəfindən faktla bağlı araşdırmlara başlanılıb.
Aqressiv prokuror bütün ermənilərin katolikosu İkinci Qareginin bacısı oğludur. Azvision.az