Rusiya ilə münasibətlərin bərpası məsələsinə qayıda bilərik

“Tiflis Moskva ilə müəyyən şərtlər altında diplomatik münasibətlərin bərpası məsələsinə qayıda bilər”. Bunu Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze  deyib.  “Rəsmi Tiflis Cenevrə formatında danışıqları və Praqada praktiki məsələlər üzrə dialoqu davam  etdirməyə hazırdır”, - deyə o bildirib.  

"Tiflis Moskva ilə müəyyən şərtlər altında diplomatik münasibətlərin bərpası məsələsinə qayıda bilər". Bunu Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze  deyib. 
"Rəsmi Tiflis Cenevrə formatında danışıqları və Praqada praktiki məsələlər üzrə dialoqu davam  etdirməyə hazırdır", - deyə o bildirib.  Öz növbəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Z. Abaşidzenin bəyanatını alqışlayıb və bildirib ki, bu məsələdə  müsbət dəyişikliklər Tiflisdən asılıdır: "Bəlli olduğu kimi 2008-ci ildə diplomatik münasibətləri dayandıran Rusiya olmayıb. Tərəfimizdən onların bərpası üçün heç bir maneə olmayıb və yoxdur". 
Qeyd edək ki, gələn ayın sonunda Rusiya ilə Gürcüstan nümayəndələri arasında görüş keçiriləcək. Görüşdə iqtisadi-ticarət əlaqələri, kommunikasiya və humanitar məsələlər müzakirə ediləcək. Bu barədə APA-nın "İzvestiya" nəşrinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31