Dünya

Süni intellekt startaplarına investisiyalar rekord həddə çatıb

30 Yanvar 2017 19:50

2016-cı ildə süni intellekt sahəsində fəaliyyət göstərən yeni yaradılan şirkətlər (startaplar) dünyada 5 milyard dollardan çox investisiya cəlb ediblər ki, bu da son beş ildə ən yüksək göstəricidir. Bu barədə "CB Insights" şirkətinin tədqiqatında deyilir.

“Facebook” hesabını “USB” açarın köməyi ilə müdafiə etmək olacaq

30 Yanvar 2017 19:43

“Facebook” şirkəti “YubiKey” və başqa “USB” açarların köməyi ilə hesaba giriş dəstəyini aktivləşdirib. ”USB” kart kompüterin portuna taxıldığı halda “SMS” kod və parolun daxil edilməsini tələb etmədən hesaba avtomatik girişi təmin edəcək.

Yaxın gələcəkdə bu proqramlaşdırma dilinə tələbat çox yüksək olacaq

30 Yanvar 2017 19:39

“Swift” proqramlaşdırma dili 2014-cü ildə “Apple” şirkəti tərəfindən təqdim edilib və bir neçə il sonra artıq liderlər qrupunda qərarlaşıb.

Yeni smartfonu isti suda sabunla yumaq mümkündür

30 Yanvar 2017 19:33

Yaponiyanın “Kyocera” şirkəti tərəfindən təqdim edilmiş smartfon su (isti və ya soyuq) və sabuna qarşı dayanıqlıdır.

Məşhur serialın kulisindən saxta dollar oğurladılar

30 Yanvar 2017 19:12

Star TV-də yayımlanan "Cesur ve Güzel" serialının çəkiliş meydançasında oğurluq hadisəsi baş verib. Tuzlu ərazisində ekran işində istifadə olunan 100 min saxta dollar oğurlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, çəkilişlərə bir gün ara verilib. 

Öldürməsəydi, 46 il daha yaşayacaqdı - ŞOK HESABAT

30 Yanvar 2017 19:09

Türkiyəni sarsıdan satanist cinayətində 1999-cu ildə 19 yaşında öldürülən Şehriban Coşqunfıratın ailəsinin üç şübhəli əleyhinə açdığı 211 min lirəlik təzminat iddiasında bir ekspert şok hesabat təqdim edib.

Boşanmış aktrisa yeni sevgilisinə xəyanət etdi

30 Yanvar 2017 19:04

Türkiyənin tanınmış aktrisası Gamze Topuz sevgilisinə xəyanət edib. 2015-ci ildə ərindən boşanan aktrisa 5 ay öncə Demirhan Çemberci ilə sevgili olub. İlk münasibətindən bir qızı olan aktrisa bir neçə gün əvvəl Demirhana xəyanət edib. O, hazırda Tümer Metin ilə eşq yaşayır.

Suriyada atəşkəs ləğv olunur? - Qruplaşmalardan biri rejimi tərk etdi

30 Yanvar 2017 18:14

Suriyada hökumət qüvvələri ilə atəşkəs sazişini imzalamış silahlı qruplaşmalardan biri "Ceyş əl-İzza" atəşkəs rejimindən çıxdığını elan edib. Bu barədə qruplaşma yanvarın 29-u sosial şəbəkələr vasitəsilə elan edib. Onlar bu addımı Suriya ordusu və Rusiya təyyarələrinin atəşkəsi pozması ilə izah ediblər.

İstanbulda daha bir məşhur restorana SİLAHLI BASQIN - Ölən və yaralılar var

30 Yanvar 2017 18:13

İstanbulun Anadolu Hisarında bir restorana silahlı hücum təşkil edilib. Bir nəfərin öldüyü və yaralıların olduğu bildirilir.

Türkmənlərin qırıldığı yer AŞKARLANDI

30 Yanvar 2017 18:06

İraq ordu qüvvələri Mosulun cənubunda İraq türkmənlərinə məxsus kütləvi məzarlıq aşkar edib.  Məzarlıqdan 27 meyit tapılıb. 

Trampa çox önəmli XƏBƏRDARLIQ

30 Yanvar 2017 18:04

İslam Əməkdaşlıq Təşkilatı (İİT) ABŞ prezidenti Donald Trampın əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan yeddi ölkə üçün nəzərdə tutulmuş viza qadağasıyla bağlı sərt reaksiya verib.

Müdafiə Nazirliyinin 2 mindən çox əməkdaşı işdən çıxarıldı - Gürcüstanda

30 Yanvar 2017 18:00

Gürcüstan Müdafiə Nazirliyindən 2250 nəfər işdən azad edilib. Bu, nazirliyin kadrların optimallaşdırılması və yenidən təşkilatlanması tədbirləri çərçivəsində həyata keçirilir.

ABŞ 7 ölkə vətəndaşlarına müraciət etdi: Viza istəməyin!

30 Yanvar 2017 16:09

Birləşmiş Ştatların Almaniyadakı səfirliyi İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ vizası almaq üçün müvəqqəti olaraq sənəd təqdim etməməyi tövsiyə edib.

Millət vəkilinə arxalanan xəstəxana rəhbəri tibb bacılarını zorlayır

30 Yanvar 2017 15:53

"Həyat yoldaşım bilməsin deyə şikayət etmirəm". Bunu Diyarbakır Xalq Səhiyyə İdarəsində F.M.A. adlı bir qadın işçi müdirin ona və digər qadın işçilərə təcavüz etdiyi haqda danışarkən deyib.

Cangüdəni Əsədi GÜLLƏLƏDİ – Öldürüldüyü deyilir – ŞOK İDDİA

30 Yanvar 2017 15:37

Suriya prezidenti Bəşər Əsəd öldürülüb. Fransanın “Le Point” nəşri Əsədin öz cangüdəni tərəfindən güllələndiyi iddiasını irəli sürüb.