Türkmənlərin qırıldığı yer AŞKARLANDI
İraq ordu qüvvələri Mosulun cənubunda İraq türkmənlərinə məxsus kütləvi məzarlıq aşkar edib. Məzarlıqdan 27 meyit tapılıb.
30 Yanvar 2017 18:06 Dünyaİraq ordu qüvvələri Mosulun cənubunda İraq türkmənlərinə məxsus kütləvi məzarlıq aşkar edib. Məzarlıqdan 27 meyit tapılıb.
Polkovnik Tanon əl-Sabavey hadisə ilə bağlı yaydığı bəyanatda bildirib ki, əsasən türkmənlərin yaşadığı əl-Kabbada tapılmış məzarlıqdakı cəsədlər kişilər, gənclər və uşaqlara aiddir.
"Meyitlərin üzərində zorakılıq əlamətləri müəyyən edilib və onların əksəriyyətinin üzərində şəxsiyyət vəsiqəsi var", - Sabavey əlavə edib.
İraq ordusu meyitləri Rəşidiyədə yerləşən səhiyyə mərkəzinə aparıb. Bu barədə Milli.Az interaz-a istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31