ABŞ 7 ölkə vətəndaşlarına müraciət etdi: Viza istəməyin!

Birləşmiş Ştatların Almaniyadakı səfirliyi İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ vizası almaq üçün müvəqqəti olaraq sənəd təqdim etməməyi tövsiyə edib.

Birləşmiş Ştatların Almaniyadakı səfirliyi İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ vizası almaq üçün müvəqqəti olaraq sənəd təqdim etməməyi tövsiyə edib. Bu barədə diplomatik nümayəndəliyin "Facebook" səhifəsində məlumat yayılıb. Səfirlik bildirir ki, vizaların verilməsi növbəti bildirişə qədər dayandırılıb.

Qeyd edək ki, viza verilməsi Prezident Donald Trampın fərmanına əsasən dayandırılıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31