İstanbulda daha bir məşhur restorana SİLAHLI BASQIN - Ölən və yaralılar var

İstanbulun Anadolu Hisarında bir restorana silahlı hücum təşkil edilib. Bir nəfərin öldüyü və yaralıların olduğu bildirilir.

İstanbulun Anadolu Hisarında bir restorana silahlı hücum təşkil edilib. Bir nəfərin öldüyü və yaralıların olduğu bildirilir.

İddiaya görə, bir şəxs 12 il əvvəl atasını öldürdüyü şəxslə qarşılaşınca silaha əl atıb.

Atasının qatilini ağır yaralayan şəxsin hadisədən sonra təslim olduğu deyilir.

Atışma zamanı bəzi müştərilərin də bu çaxnaşmada yaralandığı deyilir.

Yaralılar Kavacık Medistate Xəstəxanasına çatdırılarkən cinayətkarın qisasını aldığı şəxs dünyasını dəyişib. Bu barədə Milli.Az Millliyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31