Trampa çox önəmli XƏBƏRDARLIQ
İslam Əməkdaşlıq Təşkilatı (İİT) ABŞ prezidenti Donald Trampın əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan yeddi ölkə üçün nəzərdə tutulmuş viza qadağasıyla bağlı sərt reaksiya verib.
30 Yanvar 2017 18:04 Dünyaİslam Əməkdaşlıq Təşkilatı (İİT) ABŞ prezidenti Donald Trampın əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan yeddi ölkə üçün nəzərdə tutulmuş viza qadağasıyla bağlı sərt reaksiya verib. İİT: "Belə ayrı-seçkilik bir çox qrupların mövqeyini daha da kəskinləşdirəcəkdir. Bu addım təzyiq və terrorizmə dəstək verənləri belə kritik bir zamanda daha da gücləndirəcək", - xəbərdarlığını edib.
ABŞ prezidenti Trampın immiqrantlara və yeddi müsəlman ölkəsinə (İraq, Suriya, İran, Sudan, Yəmən, Liviya və Somali) ABŞ-a daxil olmaqları haqda qadağanın əks-sədaları davam edir. Bu barədə Milli.Az hurriyet-ə istinadən xəbər verir.