Öldürməsəydi, 46 il daha yaşayacaqdı - ŞOK HESABAT
Türkiyəni sarsıdan satanist cinayətində 1999-cu ildə 19 yaşında öldürülən Şehriban Coşqunfıratın ailəsinin üç şübhəli əleyhinə açdığı 211 min lirəlik təzminat iddiasında bir ekspert şok hesabat təqdim edib.
30 Yanvar 2017 19:09 DünyaTürkiyəni sarsıdan satanist cinayətində 1999-cu ildə 19 yaşında öldürülən Şehriban Coşqunfıratın ailəsinin üç şübhəli əleyhinə açdığı 211 min lirəlik təzminat iddiasında bir ekspert şok hesabat təqdim edib. Kompensasiya hesablama mütəxəssisi Əhməd Tokata görə, gənc qız öldürülməsəydi, 46 il daha yaşayacaqdı və ehtimallara əsasən, 65 yaşında vəfat edəcəkdi. Qızı öldürüldüyündə 48 yaşı olan atası Mehmet Coşqunfıratın qalan ömrü isə 23 il olaraq hesablanıb.
Beləliklə, Şehribanın 46 il boyunca özünə xərcləyəcəyi pullardan əlavə, atasına verəcəyi maddi dəstək 23 il ərzində 22 min 53 lirə 75 qəpik olaraq hesablanıb. Yəni atanın maddi dəstəkdən məhrum qalma məbləği 22 min TL olaraq hesablanıb. Kompensasiya iddiasına baxan məhkəmə ekspertin hesabatını qəbul edərsə ailə ümumilikdə 233 min lirə təzminat alacaq.
Təqsirləndirilən Zinnur Gülşah Dinçər, Engin Arslan və Ömər Çelikə 17 il həbs cəzası verilib. Bu barədə Milli.Az Milliyet-ə istinadən xəbər verir.