Dünya
Ərəblərin Azərbaycanda ov görüntüləri: yüzlərlə canlı qanına qəltan edildi - VİDEO
Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb. Azərbaycanın Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarında ov edən şeyxlər, çox güman ki, nadir canlıları ovlamaqla məşğul olublar.
Son dəqiqə: "Reina" terrorçusunun həyat yoldaşı da HƏBS EDİLİR
"Reina"da 39 şəxsi qətlə yetirən terrorçunun həyat yoldaşı həbs tələbiylə məhkəməyə sövq edilib. İstanbul Respublika Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən icra edilən istintaq prosesi çərçivəsində saxlanılan 11 şübhəlinin həbs tələbi ilə bağlı sənədləri məhkəməyə göndərilib.
Qadınların "qorxulu röyası" tutuldu
Türkiyənin Samsun şəhərində küçədə qadınları öpdüyü iddia edilən 17 yaşlı gənc saxlanılıb. Əvvəllər küçənin ortasında qarşılaşdığı qadınları öpdüyü iddiası ilə həbs edilən və daha sonra məhkəmənin qərarı ilə sərbəst buraxılan M.G. yenidən bir qadına təcavüz edərək dodağından öpdüyü səbəbiylə saxlanılıb.
Terrora qarşı milli səfərbərlik - Ankaranın yeni geosiyasi həmləsi
Türkiyə Prezidenti terrorla mübarizədə yeni strategiyaya keçdiklərini bəyan edib. Artıq bu bəlaya qarşı bütün cəmiyyət mübarizə aparacaq. Güc strukturları bütün səlahiyyətlərindən istifadə edə biləcək. Yerli hakimiyyət orqanları isə hər evdə kimlərin yaşadığı və hansı işlərlə məşğul olması barədə məlumatlı olacaq. Siyasi qüvvələr də terror məsələsində birgə fəaliyyət göstərəcəklərini bəyan ediblər. Ekspertlər bu proseslərin regional və qlobal geosiyasətə necə təsir edə biləcəyi ilə bağlı təhlillər aparırlar. Burada Türkiyənin Yaxın Şərqdəki münaqişələrin həllində aktivliyini artırmasına xüsusi diqqət yetirirlər. Yekun qənaət olaraq, Ankaranın qərarlılıqla Suriya və İraq da daxil olmaqla geniş bir sahədə terrorla kəskin mübarizə aparacağından danışırlar. Bütün bunlar Türkiyə üçün hansı nəticələri doğura bilər? Bu məsələ ilə bağlı müəyyən proqnozlar vermək mümkündürmü?
Trampdan İrana SƏRT MESAJ: "İran odla oynayır"
İran odla oynayır . Bu sözləri ABŞ-ın yeni prezidenti Donald Tramp rəsmi Tvitter hesabından paylaşdığı mesajında qeyd edib.
Sarkisyan: "Kompromislərə hazırıq... təki müharibə olmasın"
Ermənistan prezidenti Serj Sarkisyan Respublika Partiyasının "Andranik Markaryan" adına siyasi məktəbinin tələbələri ilə görüş keçirib. Sarkisyan Qarabağ münaqişəsi ilə bağlı da açıqlamalar verib.
Putinin böyük planları pula qurban verilir: “Ənənəvi dostlar” arasında SAVAŞ
“Ənənəvi dostlar” - Rusiya və Belarus arasında münasibətlər getdikcə gərginləşir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) son qərarı münasibətlərdəki soyuqluğu daha da artırmış oldu. FTX Belarusla sərhəd boyunca “sərhəd zonası rejimi” tətbiq edib.
Ermənistanın GİZLİ PLANI: yeni işğal üçün hərəkətə keçdilər
“Erməni lobbisinin Həmşin bölgəsində (Rize və Artvin) apardığı gizli fəaliyyət Türkiyənin Qara dəniz bölgəsinin Ermənistana verilməsinə səbəb ola bilər”.
Türkiyə referenduma 190 milyon lirə xərcləyəcək
Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinə 190 milyon lirə (təxminən 97 milyon 90 min manat, yaxud 50 milyon 804 min dollar) məbləğində maliyyə vəsaiti xərclənəcək.
Çin 6 günə turizmdən 61 milyard dollar qazanıb
Bahar bayramı (Çin Ay təqvimi üzrə Yeni il) günlərində Çin Xalq Respublikasının turizm sektoru ölkəyə 423 milyard yuan (61 milyard dollardan çox) gəlir gətirib.
Prezident maliyyə nazirinə təpindi: “Hamıya pul paylayırsan...”
Qazaxıstanın 2016-cı il ərzində sosial-iqtisadi inkişafının nəticələri üzrə ölkə hökumətinin geniş tərkibdə keçirilən iclasında ölkə prezidenti Nursultan Nazarbayev bəyan edib ki, büdcə vəsaitini düzgün istifadə edə bilməyən qurumların maliyyələşdirməsini ixtisar etmək lazımdır.
13 yaşlı qızın girovluqda başına gətirilən DƏHŞƏTLƏR - VİDEO
Omsk vilayət polisi keçmiş məhkumun növbəti cinayətinin qarşısını almağa müvəffəq olub. Rusiya mətbuatının yaydığı videoda dəfələrlə məhkumluq yaşamış Jena adlı residivist tərəfindən girov götürülmüş 13 yaşlı qızın azad edilməsi əməliyyatı əks olunub.
Lukaşenko: “Rusiya dövlətlərarası müqavilələri pozur”
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı dövlətlərarası müqavilələri pozmaqda günahlandırıb.
Parisdə atışma: çantalı adamı güllələdilər - YENİLƏNİB - VİDEO -Foto
Mətbuatda xəbər yayılandan sonra Fransa Daxili İşlər Nazirliyi Twitter hesabından açıqlama yayaraq: "ictimai təhlükəsiziyə qarşı yönəldilmiş böyük bir olayın yaşandığını" bildirib.
Belarus Rusiyanı məhkəməyə verib
Belarus hökuməti Rusiyanı məhkəməyə verib. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi brifinqdə deyib.














