Ərəblərin Azərbaycanda ov görüntüləri: yüzlərlə canlı qanına qəltan edildi - VİDEO
Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb. Azərbaycanın Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarında ov edən şeyxlər, çox güman ki, nadir canlıları ovlamaqla məşğul olublar.
3 Fevral 2017 18:17 DünyaZəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb. Azərbaycanın Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarında ov edən şeyxlər, çox güman ki, nadir canlıları ovlamaqla məşğul olublar.
Yüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrini sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdiriblər. Videolardan görünür ki, ərəblər Azərbaycana hazırlıqlı gəliblər və bütün silah-sursatlarla təmin olunublar. Xüsusilə Qətər və Dubaydan ölkəmizə axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıqdır. Bu barədə Milli.Az baku.ws-ə istinadən xəbər verir.