Belarus Rusiyanı məhkəməyə verib

Belarus hökuməti Rusiyanı məhkəməyə verib. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi brifinqdə deyib. 

Belarus hökuməti Rusiyanı məhkəməyə verib. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi brifinqdə deyib. O bildirib ki, buna səbəb Rusiya neftinin Belarus ixracının azalmasıdır. "Mübahisə yalnız qazla bağlı idi. Lakin onlar neft ixracını azaltdılar. Anlaşmalarımıza əsaslanaraq, məhkəməyə müraciət etdik", - deyə o qeyd edib. Lukaşenko mövcud durumun anormal adlandırıb: "Belarus Rusiya ilə bağladığı heç bir müqaviləni pozmayıb. Rusiya hakimiyyəti isə bəzən belaruslu məmurlara yuxarıdan aşağı baxır. Rusiya nefti olmadan da keçinə bilərik. Lakin bu, çətin olacaq".  Bu barədə APA-nın RBC-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31